LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Rusiya şahmatçıları Aleksandr Qrişuk və Yekaterina Laqno Böyük İsveçrə turnirində iştirak etməyəcəklər. Rusların viza problemi var.
TASS Qrişukdan sitat gətirib : “Bəli, biz iştirak etməyəcəyik. Viza almağa vaxtımız yox idi” .
Böyük İsveçrə 25 oktyabr – 5 noyabr tarixlərində İnsan adasında keçiriləcək. Müsabiqənin ən yaxşı iki iştirakçısı Namizədlər Turnirində mübarizə aparmaq hüququ qazanacaq.