Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır
  • Ölkə

Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır

LIVE PRESS 28/01/2026 4 minutes read
qərbi-azərbaycan-ərazisi-tarixi-torpaqlarimizdir

Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır

Şəmkir Rayon İcra hakimiyyəti, Qərbi Azərbaycan İcmasının (QAİ) rayon  nümayəndəliyi və təhsil sektorunun birgə təşkilatçılığı ilə Əliyaqublu kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərs təşkil olunmuşdur.

Xatırladaq ki, bu kəndin sakinlərinin 92 faizdən çoxunu 1918-ci, 1924-cü illərdə erməni daşnak silahlılarının zülm və işgəncələri nəticəsində, habelə 1948-ci il dövlət səviyyəsində həyata keçirilən deportasiya zamanı öz dədə-baba yurdunu məcburən tərk etmiş ailələr, onların sağ qalan varisləri  təşkil edir. Açıq dərsə kənddə yaşayan Qərbi Azərbaycan kökənli, xüsusən də Masis və Amasiya rayonlarından vaxtilə köç etmiş ailələrdən olan valideynlər də dəvət edilmişdilər.

Açıq dərs məktəbin tarix müəllimi Asəf  Əliyev və coğrafiya müəllimi Günəş Rzayevanın mederatorluğu ilə davam etdirildi. Açıq dərsin ruhunu Prezident İlham Əliyevin 2024-cü ilin sonlarında Qərbi Azərbaycan İcmasının inzibati binası ilə tanışlıq zamanı çıxışında  “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycan diyarına qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” deməsi təşkil edirdi.

Açıq dərsin gedişində şagirdlərə bir daha açıqlandı ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu arxiv materialları, xəritələr, habelə minilliklərə söykənən mədəni irisimiz, abidələrimiz, inanc yerlərimiz, qəbiristanlıq və məscidlərimiz də təsdiqləyir. Şagirdlərə Qərbi  Azərbaycanla bağlı həqiqətləri bilməsi, qədim yurd yerlərimizin tarixini, mədəniyyətini, adət-ənənələrini yaşatmalı olduqları genişliyi ilə izah edildi. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynovanın iştirakçılara ünvanladığı  məktubu oxundu. Məktəbdə təşkil edilən açıq dərsin azərbaycançılıq tarixinə və xalqımızın mənəvi sərvətlərinə təəssübkeş münasibət olduğu diqqətə çatdırıldı. Qeyd edildi ki, orta məktəblərdə Qərbi Azərbaycana qayıdışla bağlı açıq dərslərin keçirilməsi gənclərimizin tarixi irsimizə sahib çıxmasına güclü təkan verəcək. 

Dərsin gedişində “Dövlət başçısı İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütdüyü siyasət beynəlxalq hüquqa əsaslanan Qayıdış Konsepsiyasıdır” adlı videoçarx nümayiş etdirildi. 

QAİ-nin Şəmkir rayon nümayəndəsi Altay Qafarov,  rayon icra hakimiyyətinin məsul işçisi Rəşad Ramazanov, rayon təhsil sektorunun nümayəndəsi Azər Əliyevin, bələdiyyə sədri Niyaməddin Mustafayevin, kənd inzibati ərazi nümayəndəsi Turan Qafarovun və qərbi azərbaycanəsilli valideynlərin müşayiəti ilə böyük maraqla keçən açıq dərsin sonunda iştirakçılara  “Mənim Qərbi Azərbaycanım”, eləcə də Qərbi Azərbaycanla bağlı digər kitablar hədiyyə edildi.

Ziyafət ASLANOVA, 

Şəmkir rayonunun Əliyaqublu kənd orta ümumtəhsil məktəbinin direktor əvəzi, qabaqcıl təhsil işçisi

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  
Next: Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

Related Stories

otən-il-ərzində-2546-yol-nəqliyyat-hadisəsi-qeydə-alinib  
  • Ölkə

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

LIVE PRESS 28/01/2026 0
prezident-ilham-eliyev-azərbaycani-strateji-movqeyə-cixarib-amerikali-ekspert  
  • Ölkə

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

LIVE PRESS 28/01/2026 0
gurcustan-prezidenti-son-10-gundə-ikinci-dəfə-əfv-fərmani-imzalayib  
  • Ölkə

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

LIVE PRESS 28/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  
  • Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  
  • Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır
  • Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  
  • Aİ missiyasının buqələmun taktikası

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb   otən-il-ərzində-2546-yol-nəqliyyat-hadisəsi-qeydə-alinib   1
  • Ölkə

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

28/01/2026 0
Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert   prezident-ilham-eliyev-azərbaycani-strateji-movqeyə-cixarib-amerikali-ekspert   2
  • Ölkə

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

28/01/2026 0
Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır qərbi-azərbaycan-ərazisi-tarixi-torpaqlarimizdir 3
  • Ölkə

Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır

28/01/2026 0
Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb   gurcustan-prezidenti-son-10-gundə-ikinci-dəfə-əfv-fərmani-imzalayib   4
  • Ölkə

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

28/01/2026 0
Aİ missiyasının buqələmun taktikası ai-missiyasinin-buqələmun-taktikasi 5
  • Ölkə

Aİ missiyasının buqələmun taktikası

28/01/2026 0

Bir daha bax

otən-il-ərzində-2546-yol-nəqliyyat-hadisəsi-qeydə-alinib  
  • Ölkə

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

LIVE PRESS 28/01/2026 0
prezident-ilham-eliyev-azərbaycani-strateji-movqeyə-cixarib-amerikali-ekspert  
  • Ölkə

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

LIVE PRESS 28/01/2026 0
qərbi-azərbaycan-ərazisi-tarixi-torpaqlarimizdir
  • Ölkə

Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır

LIVE PRESS 28/01/2026 0
gurcustan-prezidenti-son-10-gundə-ikinci-dəfə-əfv-fərmani-imzalayib  
  • Ölkə

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

LIVE PRESS 28/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  
  • Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  
  • Qərbi Azərbaycan ərazisi tarixi torpaqlarımızdır
  • Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  
  • Aİ missiyasının buqələmun taktikası
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.