ABŞ-ın simsiz rabitə infrastrukturu operatoru “SBA Communications”, şirkətin tamamilə satışı da daxil olmaqla strateji variantları nəzərdən keçirir.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, infrastruktur fondlarından gələn ilkin maraqdan sonra şirkətin səhmləri 13%-dən çox dəyər qazanıb. Hazırda prosesin ilkin mərhələdə olduğu və məsləhətçilərlə qiymətləndirmə aparıldığı bildirilir. Analitiklər 5G şəbəkələrinin genişlənməsi fonunda bu cür aktivlərin qlobal investorlar üçün yüksək cəlbediciliyini vurğulayırlar.