LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərtibatçıları lazer silahı yaradıb və onu nisbətən yaxın məsafədən müxtəlif növ dron hücumlarını dəf etmək üçün uğurla sınaqdan keçiriblər.
Rusiya tərtibatçılarının dronlara qarşı yaratdığı döyüş lazerinin sınaqlarının uğurla başa çatması barədə RİA Novosti öz mənbəsinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Rusiyaya məxsus lazer silahı poliqonda sınaqdan keçirilib. Nəticədə silah yaxın zonada müxtəlif tipli dronların, o cümlədən kvadrokopterlərin və təyyarə tipli dronların məhv edilməsində yüksək effektivlik göstərib.
İnfraqırmızı spektrin döyüş lazeri aerodinamik elementləri yandırır və sıradan çıxarır və ya dronun gövdəsini bort avadanlığı ilə birlikdə yandırır.
Dünyanın bütün aparıcı dövlətləri belə silahların hazırlanması ilə məşğuldur. Xüsusilə, artıq bir neçə Amerika şirkəti, bəzi məlumatlara görə, 1,5-2 kilometr məsafədə pilotsuz təyyarələri və kiçik döyüş sursatlarını vurmağa qadir olan döyüş lazerli prototip silahların yaradılmasını elan edib. Xüsusilə, belə sınaqlar barədə Lockheed Martin və Boeing şirkətləri məlumat verib.