Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Rusiya-Ukrayna: savaş masaya keçir?
  • Ölkə

Rusiya-Ukrayna: savaş masaya keçir?

LIVE PRESS 25/01/2026 5 minutes read
rusiya-ukrayna:-savas-masaya-kecir?

Rusiya-Ukrayna: savaş masaya keçir?

ABŞ Prezidenti Donald Trampın nümayəndələri – xüsusi elçi Stiv Uitkoff, Ağ Evin baş müşaviri Coş Qrünbaum və Amerika liderinin kürəkəni Cared Kuşner  Kremldə qapalı qapılar arxasında Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoymağın mümkün yolları ilə bağlı növbəti müzakirə üçün görüşüblər. Danışıqlar yanvarın 23-nə keçən gecə başa çatıb.

Kreml Mətbuat xidmətinin məlumatına görə, görüş üç saat yarımdan çox davam edib. Vladimir Putinin köməkçisi Yuri Uşakov, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) xüsusi nümayəndəsi və baş direktoru Kirill Dmitriyevin iştirak etdikləri danışıqlardan sonra Y.Uşakov media üçün brifinq keçirib. Onun dediyinə görə, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner arasında keçirilən görüş olduqca məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı olub. Y.Uşakov jurnalistlərə bildirib ki, görüş zamanı həm S.Uitkoff, həm də C. Kuşnerin şəxsən qatıldıqları ABŞ Prezidentinin Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ilə bağlı təəssüratlarını birbaşa bölüşüblər. “Ümumiyyətlə deyərdim ki, Rusiya Prezidentinin ABŞ nümayəndələri ilə görüşü xüsusilə Amerikanın ukraynalılar və avropalı tərəfdaşlarla təmasları haqqında məlumat əldə etməyə və birlikdə gələcək fəaliyyət üçün parametrləri müəyyən etməyə yönəlmişdir”, – deyə Y.Uşakov izah edib. Tərəflər həmçinin Qəzza Sülh Şurası, Qrenlandiya və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər və Ukrayna və digər məsələlər üzrə sıx əlaqələr saxlamaq barədə razılığa gəliblər. 

“Vladimir Putinin vurğuladığı kimi, biz Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində səmimi şəkildə maraqlıyıq. Lakin buna nail olana qədər  Rusiya strateji təşəbbüsü əlində saxladığı döyüş meydanında xüsusi hərbi əməliyyat üçün müəyyən edilmiş məqsədləri ardıcıl olaraq həyata keçirməyə davam edəcək”, – deyə Kremlin Mətbuat xidməti Y.Uşakovun sözlərini sitat gətirib.

V.Putinin görüş ərəfəsində verdiyi açıqlamalara istinadən TASS-ın yaydığı məlumata görə, tərəflər digər məsələlərlə yanaşı, Rusiyanın D.Tramp tərəfindən Fələstin-İsrail və digər münaqişələrin həlli üçün yaradılan “Sülh Şurası”na dəvət edilməsini, eləcə də ABŞ-də dondurulmuş Rusiya aktivlərinin taleyini müzakirə etməyi planlaşdırıblar. Daha əvvəl –  yanvarın 21-də V. Putin Rusiyanın bu aktivlərdən 1 milyard dollarını “Sülh Şurası”na göndərə biləcəyini və qalan məbləği Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı zərərçəkmiş ərazilərin bərpası üçün istifadə edə biləcəyini bildirib. Prezident bunun Kiyevin nəzarətində olan və ya Rusiya tərəfindən işğal edilmiş ərazilərə aid olduğunu dəqiqləşdirməyib.

Yanvarın 23-də axşam Əbu-Dabidə  Rusiya-ABŞ-Ukrayna üçtərəfli təhlükəsizlik məsələləri üzrə İşçi qrupunun ilk iclası başlayıb. Uzun müddətdən sonra ilk dəfə olaraq Moskva və Kiyev nümayəndələri birbaşa görüşüblər. BƏƏ-də iki gün davam edəcək danışıqlarda ABŞ vasitəçi kimi çıxış edir.

Bu arada Prezident Volodimir Zelenski Əbu-Dabidə  Rusiya və Amerika tərəfləri ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətini genişləndirib. Heyətə Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski də daxil olunub. “Mən komandanı genişləndirmişəm. Əlbəttə ki, danışıqlarda nümayəndə heyətinin rəhbəri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident ofisinin rəhbəri Kirilo Budanov, hakim “Xalq xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Qnatov,  Prezident ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa və daha bir neçə nəfər iştirak edəcək”, – deyə V.Zelenski Ukrayna mediasına bildirib. O həmçinin etiraf edib ki, həmişə avropalı tərəfdaşların danışıqlarda iştirak etməsini arzulayıb, lakin yanvarın 23-24-də keçiriləcək görüşlər üçtərəfli olacaq. V. Zelenski qeyd edib ki, ərazi məsələsi danışıqların əsas mövzusu olacaq və danışıqlardan sonra avropalı müttəfiqlərinə hesabat verəcək. 

Daha əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti mənbələrə istinadən Rusiya, ABŞ və Ukraynanın danışıqlar qruplarının Əbu-Dabidə keçiriləcək görüşündə sülh müqaviləsinin əsası olacaq gözlənilən dörd sənədin təqdim ediləcəyini bildirib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur
Next: ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

Related Stories

abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir  
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

LIVE PRESS 25/01/2026 0
antimilli-quvvələr-dezinformasiya-kampaniyalarinda-alət-kimi-istifadə-olunur
  • Ölkə

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

LIVE PRESS 25/01/2026 0
misli-premyer-liqasi:-“neftci”-xal-itirib  
  • Ölkə

Misli Premyer Liqası: “Neftçi” xal itirib  

LIVE PRESS 25/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  
  • Rusiya-Ukrayna: savaş masaya keçir?
  • Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur
  • Misli Premyer Liqası: “Neftçi” xal itirib  
  • Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır   abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir   1
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

25/01/2026 0
Rusiya-Ukrayna: savaş masaya keçir? rusiya-ukrayna:-savas-masaya-kecir? 2
  • Ölkə

Rusiya-Ukrayna: savaş masaya keçir?

25/01/2026 0
Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur antimilli-quvvələr-dezinformasiya-kampaniyalarinda-alət-kimi-istifadə-olunur 3
  • Ölkə

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

25/01/2026 0
Misli Premyer Liqası: “Neftçi” xal itirib   misli-premyer-liqasi:-“neftci”-xal-itirib   4
  • Ölkə

Misli Premyer Liqası: “Neftçi” xal itirib  

25/01/2026 0
Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib   xarici-islər-nazirliyində-genistərkibli-kollegiya-iclasi-kecirilib   5
  • Ölkə

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

25/01/2026 0

Bir daha bax

abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir  
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

LIVE PRESS 25/01/2026 0
rusiya-ukrayna:-savas-masaya-kecir?
  • Ölkə

Rusiya-Ukrayna: savaş masaya keçir?

LIVE PRESS 25/01/2026 0
antimilli-quvvələr-dezinformasiya-kampaniyalarinda-alət-kimi-istifadə-olunur
  • Ölkə

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

LIVE PRESS 25/01/2026 0
misli-premyer-liqasi:-“neftci”-xal-itirib  
  • Ölkə

Misli Premyer Liqası: “Neftçi” xal itirib  

LIVE PRESS 25/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  
  • Rusiya-Ukrayna: savaş masaya keçir?
  • Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur
  • Misli Premyer Liqası: “Neftçi” xal itirib  
  • Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.