LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Belarus idmançısı Arina Sabalenka Avstraliya Açıq çempionatının finalında amerikalı tennisçi Medison Kisə uduzduqdan sonra emosiyalarını saxlaya bilməyib, göz yaşlarına boğularaq raketkasını sındırıb.
Finalda qələbə qazana bilməyən Sabalenka emosiyalarına qapılıb. O, raketkasını sındırdı, skamyada oturdu, özünü dəsmalla örtdü və göz yaşlarına boğuldu. Tennisçi daha sonra meydanı göz yaşları içində tərk edib.
Keyes isə sevinc göz yaşlarını saxlaya bilməyib. O, əri və məşqçisi Byorn Fratanjelonu qucaqlayıb. Mükafatlandırma mərasimində Sabalenka artıq sakitləşib və zarafatla məğlubiyyətində komandasını günahlandırıb.
WTA reytinqində birinci olan Sabalenka 14-cü pillədə qərarlaşan Keysə 3:6, 6:2, 5:7 hesabı ilə uduzub. Dünyanın bir nömrəsi ardıcıl üçüncü dəfə Avstraliya Açıq çempionatında qalib gələ bilmədi, Keys isə karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin qalibi oldu.