Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

LIVE PRESS 29/10/2025
sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək  

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

Sabirabad Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsində orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur.

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədrinin müşaviri Tural Abdullazdə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.

Onun sözlərinə görə, burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixraca da çıxarılacaq. Hazırda müəssisədə 16 nəfər daimi işlə təmin olunub.

Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Məhəllənin ümumi ərazisi 20,3 hektardır və burada sahibkarlıq subyektlərinin fəaliyyəti üçün bütün infrastruktur qurulub. Hazırda sənaye məhəlləsində 8 rezident fəaliyyət göstərir, ümumilikdə, 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən 10 milyon manatdan çox investisiya yatırılıb.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  
Next: Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

Related Stories

qazaxistan-prezidenti-donald-trampin-xususi-numayəndəsi-ilə-gorusub  
  • Ölkə

Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb  

LIVE PRESS 29/10/2025
birinci-yarimildə-avropa-ittifaqinda-təbii-qazin-qiyməti-azalib  
  • Ölkə

Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb  

LIVE PRESS 29/10/2025
paris-sulh-forumu-baslayib,-azərbaycan-tədbirdə-təmsil-olunur  
  • Ölkə

Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur  

LIVE PRESS 29/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb  
  • Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb  
  • Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur  
  • Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur
  • Natalya Kuvşinova: Azərbaycan Konstitusiyası ölkənin etibarlı hüquqi təminatıdır  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb   qazaxistan-prezidenti-donald-trampin-xususi-numayəndəsi-ilə-gorusub   1
  • Ölkə

Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb  

29/10/2025
Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb   birinci-yarimildə-avropa-ittifaqinda-təbii-qazin-qiyməti-azalib   2
  • Ölkə

Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb  

29/10/2025
Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur   paris-sulh-forumu-baslayib,-azərbaycan-tədbirdə-təmsil-olunur   3
  • Ölkə

Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur  

29/10/2025
Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur boyuk-qayidis”n-novbəti-mərhələsi-cərcivəsində-yeni-infrastruktur-layihələri-icra-olunur 4
  • Ölkə

Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur

29/10/2025
Natalya Kuvşinova: Azərbaycan Konstitusiyası ölkənin etibarlı hüquqi təminatıdır   natalya-kuvsinova:-azərbaycan-konstitusiyasi-olkənin-etibarli-huquqi-təminatidir   5
  • Ölkə

Natalya Kuvşinova: Azərbaycan Konstitusiyası ölkənin etibarlı hüquqi təminatıdır  

29/10/2025

Bir daha bax

qazaxistan-prezidenti-donald-trampin-xususi-numayəndəsi-ilə-gorusub  
  • Ölkə

Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb  

LIVE PRESS 29/10/2025
birinci-yarimildə-avropa-ittifaqinda-təbii-qazin-qiyməti-azalib  
  • Ölkə

Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb  

LIVE PRESS 29/10/2025
paris-sulh-forumu-baslayib,-azərbaycan-tədbirdə-təmsil-olunur  
  • Ölkə

Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur  

LIVE PRESS 29/10/2025
boyuk-qayidis”n-novbəti-mərhələsi-cərcivəsində-yeni-infrastruktur-layihələri-icra-olunur
  • Ölkə

Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur

LIVE PRESS 29/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb  
  • Birinci yarımildə Avropa İttifaqında təbii qazın qiyməti azalıb  
  • Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur  
  • Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur
  • Natalya Kuvşinova: Azərbaycan Konstitusiyası ölkənin etibarlı hüquqi təminatıdır  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.