Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Samir Şərifov: Ağdamda aqrar şəhərciyin yaradılması üçün layihələndirmə işləri aparılır
  • Ölkə

Samir Şərifov: Ağdamda aqrar şəhərciyin yaradılması üçün layihələndirmə işləri aparılır

LIVE PRESS 29/10/2025
samir-sərifov:-agdamda-aqrar-səhərciyin-yaradilmasi-ucun-layihələndirmə-isləri-aparilir

Samir Şərifov: Ağdamda aqrar şəhərciyin yaradılması üçün layihələndirmə işləri aparılır

Oktyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İclasda Ağdam rayonunda aqrar şəhərciyin yaradılması müzakirə olunub. Bununla bağlı Azərbaycan və Belarus hökumətlərinə müvafiq tapşırıqlar verilib. Qarabağa səfər zamanı bu tapşırıqların icrasının gedişatı ilə tanış olduq. Tapşırıqlara uyğun olaraq Belarusun Layihələndirmə İnstitutu tərəfindən Ağdamın Qızıl Kəngərli kəndində layihələndirmə işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Ağdama səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Qızıl Kəngərli kəndində quşçuluq müəssisəsi, eyni zamanda, süd və ət istehsalı da yaradılacaq. Yəqin ki, Belarus tərəfi bu məsələyə kompleks şəkildə baxacaq. Quşçuluq, ət və süd müəssisələrinin yaradılmasına sərmayələr Azərbaycan tərəfindən qoyulacaq”, – deyə S.Şərifov əlavə edib.

Baş nazirin müavini, həmçinin qeyd edib ki, lift istehsalı üzrə müştərək müəssisənin yaradılması məsələsi də müzakirə olunub: “Azərbaycanın “Vertus Engineering Co” şirkəti Belarusun “Mogilevliftmash” İstehsalat Birliyi ilə əməkdaşlıq edir. Onlar artıq Azərbaycanın böyük şəhərləri üçün, – Bakı şəhəri daxil olmaqla, – 200 lift istehsal edərək istismara veriblər. Hazırda isə Ağdamda, Qarabağda yeni tikilən binaları liftlərlə təchiz ediblər. Qərar verilib ki, Ağdam Sənaye Məhəlləsinin ərazisində lift istehsalı da təşkil edilsin”.

Qeyd edək ki, Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri, Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti bu gün Ağdam rayonunda səfərdə olub.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bilal Ərdoğan: İki ölkə arasındakı yaxınlıq və qardaşlıq insanların düşündüyündən də çox dərindir
Next: COP29 Sədri: Bakı iqlim diplomatiyasında etimad və şəffaflığın yeni mərhələsini açdı

Related Stories

almaniyanin-masinqayirma-sənayeciləri-abs-in-gomruk-rusumlari-ilə-bagli-xəbərdarliq-ediblər  
  • Ölkə

Almaniyanın maşınqayırma sənayeçiləri ABŞ-ın gömrük rüsumları ilə bağlı xəbərdarlıq ediblər  

LIVE PRESS 30/10/2025
cop29-sədri:-baki-iqlim-diplomatiyasinda-etimad-və-səffafligin-yeni-mərhələsini-acdi
  • Ölkə

COP29 Sədri: Bakı iqlim diplomatiyasında etimad və şəffaflığın yeni mərhələsini açdı

LIVE PRESS 30/10/2025
bilal-erdogan:-iki-olkə-arasindaki-yaxinliq-və-qardasliq-insanlarin-dusunduyundən-də-cox-dərindir
  • Ölkə

Bilal Ərdoğan: İki ölkə arasındakı yaxınlıq və qardaşlıq insanların düşündüyündən də çox dərindir

LIVE PRESS 29/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • UEFA-dan təzminat tələb edəcəklər.
  • Türk Kuboku, üçüncü təsnifat mərhələsində 8 oyun oynadı.
  • Arda Gülerin ardından Real Madride 2-ci Türk.
  • Liqa komandası Kahta Super Liqa nümayəndəsini aradan qaldırdı.
  • Milli Qadın Voleybol Komandasının heyəti açıqlandı.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

UEFA-dan təzminat tələb edəcəklər. uefa-dan-təzminat-tələb-edəcəklər 1
  • Idman

UEFA-dan təzminat tələb edəcəklər.

30/10/2025
Türk Kuboku, üçüncü təsnifat mərhələsində 8 oyun oynadı. turk-kuboku,-ucuncu-təsnifat-mərhələsində-8-matc-oynadi 2
  • Idman

Türk Kuboku, üçüncü təsnifat mərhələsində 8 oyun oynadı.

30/10/2025
Arda Gülerin ardından Real Madride 2-ci Türk. arda-guler'in-ardindan-real-madrid'e-2-ci-turk 3
  • Idman

Arda Gülerin ardından Real Madride 2-ci Türk.

30/10/2025
Liqa komandası Kahta Super Liqa nümayəndəsini aradan qaldırdı. amator-liqa-komandasi-kahta-super-liqa-numayəndəsini-aradan-qaldirdi 4
  • Idman

Liqa komandası Kahta Super Liqa nümayəndəsini aradan qaldırdı.

30/10/2025
Milli Qadın Voleybol Komandasının heyəti açıqlandı. milli-qadin-voleybol-komandasinin-heyəti-aciqlandi 5
  • Idman

Milli Qadın Voleybol Komandasının heyəti açıqlandı.

30/10/2025

Bir daha bax

uefa-dan-təzminat-tələb-edəcəklər
  • Idman

UEFA-dan təzminat tələb edəcəklər.

Jurnalist 30/10/2025
turk-kuboku,-ucuncu-təsnifat-mərhələsində-8-matc-oynadi
  • Idman

Türk Kuboku, üçüncü təsnifat mərhələsində 8 oyun oynadı.

Jurnalist 30/10/2025
arda-guler'in-ardindan-real-madrid'e-2-ci-turk
  • Idman

Arda Gülerin ardından Real Madride 2-ci Türk.

Jurnalist 30/10/2025
amator-liqa-komandasi-kahta-super-liqa-numayəndəsini-aradan-qaldirdi
  • Idman

Liqa komandası Kahta Super Liqa nümayəndəsini aradan qaldırdı.

Jurnalist 30/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • UEFA-dan təzminat tələb edəcəklər.
  • Türk Kuboku, üçüncü təsnifat mərhələsində 8 oyun oynadı.
  • Arda Gülerin ardından Real Madride 2-ci Türk.
  • Liqa komandası Kahta Super Liqa nümayəndəsini aradan qaldırdı.
  • Milli Qadın Voleybol Komandasının heyəti açıqlandı.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.