Məxfi Bitkoin cüzdanı olan “Samourai Wallet”in rəsmi domeni kiber-cinayətkarlar tərəfindən ələ keçirilərək saxta (scam) sayta çevrilib.
LivePress Media Bitcoin.com məlumatına istinadən xəbər verir ki, hazırda domen istifadəçilərin şəxsi açarlarını və vəsaitlərini oğurlamaq üçün zərərli proqramlar yayır. Mütəxəssislər saytdan hər hansı yeniləmə yükləməməyi və məxfi məlumatları daxil etməməyi tapşırır. Bu hadisə cüzdanın təsisçilərinin həbsi və domenin əvvəllər ABŞ tərəfindən müsadirə edilməsi fonunda yaranan təhlükəsizlik boşluğudur. İnvestorlara yalnız yoxlanılmış mənbələrə etibar etmək tövsiyə olunur.