
“Samruk-Kazyna” Holdinqi ilə “AZCON Holding” arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə “AZCON Holding” arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib.