LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Samsunspor yeni mövsüm öncəsi transfer işlərinə davam edir. “Qırmızı-ağlar”ın prezidenti Yüksel Yıldırım “Suonsi Siti”dən Olivier Ntçamı transfer etdiklərini açıqlayıb.
Prezident Yıldırım sosial media hesabından 10 nömrə mövqeyində çıxış edən 27 yaşlı Olivier Ntcham-ın transferini açıqlayıb.İngiltərə çempionatının komandalarından olan Suonsi Sitidə çıxış edən Kamerun Milli Komandasının oyunçusunun sabah Samsuna gələcəyini açıqlayan prezident Yıldırım bunları paylaşıb:
“Super Liqada 11 ildən sonra qaldığımız yerdən çox daha yaxşı şəkildə başlamağı planlaşdırırıq. İndi bizdə çamurlu şahin olacaq. Ntcham uçdu, Ntcham uçdu demək çox da uzun deyil. Yaxşı xəbər, inşallah. Çərşənbə axşamı Samsunda bir şou olacaq.”