
Samuxda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilmişdir
Samuxda “20 Sentyabr Dövlət Suverenliyi Günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxış edərək diqqətə çatdırmışdır ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin bölgədə tərk-silah edilərək torpaqlarımızdan çıxarılması məqsədilə antiterror əməliyyatına başlanıldı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı qələbə sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Tədbirdə çıxış edən Samux Rayon Ağsaqqallar Şurasının sədri Garay Bayromov, Samux rayon mərkəzi kitabxana sisteminin müdiri Telli Nəsibova , şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov şəhidlərimizin qanı bahasına əldə edilmiş tarixi qələbədən danışmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açmışlar.
Sabir ƏLİYEV,
“Azərbaycan”