Sergey Jakiroviçin oğlu “İnter”ə transfer olunub
LivePress ntvspor-a istinadən bildirir:
“Hall Siti”nin baş məşqçisi Sergey Jakiroviçin oğlu Leon “İnter”in U23 komandasına transfer olunub.
Ötən mövsüm Türkiyədə “Kayserispor”u çalışdıran və bu mövsümün əvvəlində “Hall Siti”yə keçən Sergey Jakiroviçin futbolçu oğlu Leon Jakiroviç “İnter”ə transfer olunub.
Mərkəz müdafiəçisi və sol cinah müdafiəçisi mövqelərində çıxış edə bilən 18 yaşlı futbolçu üçün “İnter” 2,5 milyon avro ödəyəcək.
Jakiroviç “Dinamo Zaqreb” infrastrukturunda məşq edib və bu mövsüm əsas komandaya yüksəlsə də, vaxt tapa bilməyib.