Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

LIVE PRESS 24/01/2026 8 minutes read
sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

Cənubi Qafqaz uzun illər geosiyasi toqquşmaların, süni qarşıdurmaların və məqsədli düşmənçilik siyasətlərinin sınaq meydanına çevrilmişdi. Otuz ilə yaxın bir dövrdə “sülh danışıqları” adı altında aparılan proseslər mahiyyət etibarilə real sülhə deyil, mövcud status-kvonun qorunub saxlanmasına xidmət edirdi. Mənasız və uzun-uzadı aparılan danışıqlar, get-gəllər faktiki olaraq Azərbaycan-Ermənistan münaqişəsinin dondurulması siyasətindən kənara çıxmırdı. 

Bu imitasiya xarakterli danışıqlar nə regiona təhlükəsizlik gətirdi, nə də davamlı sabitlik yaratdı. Problemin yalnız diplomatik ritorika ilə həll olunmayacağı artıq birmənalı şəkildə aydınlaşdıqdan sonra Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev tarixi və qətiyyətli qərar qəbul etdi. Torpaqların hərbi-siyasi yolla azad edilməsi zərurəti məhz bu reallığın nəticəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər regionda illərlə formalaşdırılmış saxta balansı dağıtdı və sülhü abstrakt niyyətdən real siyasi gündəmə çevirdi. Artıq heç kimin inkar edə bilməyəcəyi həqiqətdir ki, bu gün Cənubi Qafqazı sülhə aparan yolun başlanğıc nöqtəsi məhz Azərbaycan tərəfindən qoyulub. Əgər bu Zəfər olmasaydı, indi biz regionda nə sülhdən, nə də sabit gələcəkdən danışa bilərdik.

Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışırıqsa, etiraf etməliyik ki, sülh təşəbbüsünün müəllifi məhz Azərbaycandır. Prezident İlham Əliyev hələ postmüharibə mərhələsində açıq şəkildə bəyan etmişdi: “Biz Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istəyirik. Bu, yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkündür”.

Müharibədən qalib çıxan Azərbaycan qarşı tərəfə diktə ilə deyil, siyasi yetkinlik və məsuliyyətlə sülh təklif etdi. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, Cənubi Qafqazda davamlı sülh ən çox iqtisadi baxımdan dalana dirənmiş Ermənistana fayda gətirəcək. Dövlətimizin başçısı dəfələrlə izah etmişdi ki, kommunikasiyaların açılması, regional tranzit imkanlarının formalaşması Ermənistan üçün tarixində ilk dəfə real iqtisadi nəfəs deməkdir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Ermənistan blokadadan çıxmaq istəyirsə, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Biz bunu təklif edirik, çünki regionun gələcəyini sülhdə görürük”. Uzun illər tranzit ölkə olmamış, regional iqtisadi proseslərdən kənarda qalmış Ermənistan bu təkliflərin strateji və iqtisadi mahiyyətini ilkin mərhələdə dərk etməsə də, zaman keçdikcə Azərbaycanın sülh təşəbbüslərinin onun milli maraqlarına uyğun gəldiyini anlamağa başladı.

Dövlətimizin başçısının sərgilədiyi mövqe, nəhayət ki, illərdir qeyri-müəyyənlik içində qalan region üçün strateji yol xəritəsinə çevrildi. Azərbaycanın sülhə verdiyi real töhfələr indi yalnız diplomatik bəyanatlarla məhdudlaşmır. Rəsmi Bakı kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın təşviqi və regional əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində konkret addımlar atır. Bu gün Ermənistanın əsas ərzaq və enerji təhlükəsizliyində mühüm yer tutan taxıl və neft məhsullarının idxalı faktiki olaraq ölkəmiz üzərindən həyata keçirilir. Artıq Ermənistan tərəfi onu da anlamağa başlayıb ki, bu logistik marşrutların ən qısa, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli yolu Zəngəzur dəhlizidir (TRIPP). Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun maraqlarına xidmət edən strateji layihədir.

Regionda ticarət və kommunikasiya axınlarının açılması sülhün artıq real məna daşıdığını sübut edir. 2025-ci ildə Azərbaycan ərazisi vasitəsilə Ermənistana  Qazaxıstandan 1000 ton, Rusiyadan isə 5580 ton taxıl daşınıb. 2026-cı il yanvarın 8-nə olan vəziyyətə görə, Rusiyadan tranzitlə gətirilən taxılın həcmi artıq 8 485 ton təşkil edib və əlavə 4 103 ton taxıl da yoldadır.

Eyni zamanda iqtisadi əməkdaşlığın əyani nümunəsi kimi göstərilən enerji tədarükündə də mühüm işlər müşahidə olunur. Hazırkı məlumatlara görə, 7 600 ton Azərbaycan neft məhsulu Ermənistana tranzitlə daşınır ki, bunun da 6 100 tonu benzin və 1 500 tonu dizel yanacağıdır. Bu rəqəmlər təkcə kommunikasiya xətlərinin açılmasının göstəricisi deyil, həm də sülhə əsaslanan iqtisadi əlaqələrin real, ölçülə bilən məhsuludur. Regionda daşınan yükün miqdarı artdıqca insanların gündəlik tələbatının ödənilməsi yaxşılaşır, iqtisadi sabitlik və qarşılıqlı etimad daha da güclənir. Artıq bunu Ermənistanda da başa düşənlərin sayı çoxalmaqdadır.

Təsadüfi deyil ki, son dövrlər Ermənistan rəhbərliyinin ritorikasında açıq dəyişiklik müşahidə olunur. Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh prosesinə verdiyi töhfələri müsbət qiymətləndirərək rəsmi Bakının konstruktiv mövqeyinin danışıqlar üçün real imkanlar yaratdığını dəfələrlə  etiraf edib. Baş nazir Nikol Paşinyan isə müxtəlif beynəlxalq platformalarda Azərbaycanın təşəbbüslərinin regionda sabitliyə xidmət etdiyini vurğulayıb.

Xüsusilə Davos İqtisadi Forumunda səslənən fikirlər diqqətçəkəndir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan Prezidenti ilə görüşlər zamanı dəfələrlə minnətdarlıq ifadə edərək  “Regionda yeni mərhələnin başlanması üçün Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi mühüm rol oynayır” deməsi təkcə diplomatik etiket deyil, dəyişən siyasi reallığın açıq etirafıdır.

Eyni sammit çərçivəsində Nikol Paşinyanın Prezident İlham Əliyevə bir daha təşəkkür etməsi isə artıq Ermənistanın sülhə daha çox ehtiyacı olduğunu  göstərən faktdır. Nəhayət,  Ermənistan da  anlayır ki, müharibə ilə indiyə kimi qazanan olmayıb, amma sülh yolu ilə xilas mümkündür.

Azərbaycanın sülh yolunda tutduğu bu mövqe ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə də ciddi təsir göstərməkdədir. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlət kimi qəbul olunur. Qlobal güclərin belə nəzərə almadan keçə bilmədiyi siyasi aktora çevrilib. Ermənistan da artıq bu reallığı qəbul edir və Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaqda maraqlı olduğunu nümayiş etdirir.

Əslində, bu fakt bir həqiqəti də təsdiqləyir: Cənubi Qafqaz xalqları müharibədən daha çox sülh şəraitində yaşamağa layiqdirlər. Lakin illər boyu iki xalqı bir-birinə düşmən edən, regionu öz strateji maraqlarının alətinə çevirən qlobal güclər buna imkan verməyiblər. Onlar imkan daxilində xalqlar arasında nifrət toxumu səpməklə məşğul olublar. Bu gün isə nə ATƏT-in illərlə davam edən səmərəsiz vasitəçiliyi var, nə də regionda sülhü əngəlləyən əvvəlki təsir mexanizmləri.

Prezident İlham Əliyevin qətiyyətli addımları bəzi qüvvələrin bədnam siyasətini iflasa uğratdı. Azərbaycan Zəfəri ilə regiona əmin-amanlıq gətirdi. Sülh hazırda ən çox Ermənistana lazımdır. Ermənistan bunu anlayır, qəbul edir və artıq minnətdarlıq dilində danışmağa başlayır. Bu isə onu göstərir ki, tarixdə ilk dəfə Cənubi Qafqazda sülh ideyası kənardan diktə olunmur – regionun öz iradəsindən doğur. Və bu iradənin mərkəzində Azərbaycan  dayanır.

Elşən QƏNİYEV,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
Next: Adını Vətənin azadlıq tarixinə yazdı

Related Stories

qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

LIVE PRESS 24/01/2026 0
adini-vətənin-azadliq-tarixinə-yazdi
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

LIVE PRESS 24/01/2026 0
“baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib  
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

LIVE PRESS 24/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq
  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
  • Səhnənin sönməz ulduzu

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq 1
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

24/01/2026 0
Adını Vətənin azadlıq tarixinə yazdı adini-vətənin-azadliq-tarixinə-yazdi 2
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

24/01/2026 0
Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi 3
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

24/01/2026 0
“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib   “baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib   4
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

24/01/2026 0
Səhnənin sönməz ulduzu səhnənin-sonməz-ulduzu 5
  • Ölkə

Səhnənin sönməz ulduzu

24/01/2026 0

Bir daha bax

qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

LIVE PRESS 24/01/2026 0
adini-vətənin-azadliq-tarixinə-yazdi
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

LIVE PRESS 24/01/2026 0
sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

LIVE PRESS 24/01/2026 0
“baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib  
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

LIVE PRESS 24/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq
  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
  • Səhnənin sönməz ulduzu
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.