ABŞ Ədliyyə Nazirliyi süni intellektin təsiri ilə media sektorundakı antiinhisar yoxlamalarına yanaşmanı dəyişəcəyini elan edib.
LivePress Media “Bloomberg”ə istinadən xəbər verir ki, tənzimləyici qurum birləşmə sövdələşmələrini AI-nin yaratdığı yeni rəqabət şərtlərinə uyğun qiymətləndirəcək.
Bu addım rəqəmsal bazarlarda innovasiyanı dəstəkləmək və inhisarçı güclərin yaranmasının qarşısını almaq məqsədi daşıyır. Nazirlik artıq ənənəvi meyarlardan uzaqlaşaraq, texnoloji transformasiyanı əsas faktor kimi nəzərə almağa başlayıb. Yeni siyasət media və texnologiya sahəsindəki iri sövdələşmələrin taleyini həll edəcək. Hazırda bazar iştirakçıları tənzimləyicinin bu “AI düzəlişi”nin praktiki nəticələrini izləyirlər.