Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Suverenliyimizin və milli kimliyimizin rəmzi  
  • Ölkə

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

LIVE PRESS 09/11/2025
suverenliyimizin-və-milli-kimliyimizin-rəmzi  

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

Hər bir dövlətin və xalqın milli atributları sırasında bayrağın özünəməxsus yeri var. Çünki bayraq dövlətin varlığının, vətəndaşların milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca rəmzlərindən biridir. Bayraq həm də milli identikliyin əsas təzahür formalarından biridir. Bayraq xalqın müstəqil dövlətə sahib çıxmaq imkanlarının göstəricisidir.  

Azərbaycan xalqı üçün bayraq həm də müqəddəs atributdur. Elə buna görə də noyabr ayının 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Üçrəngli Dövlət bayrağımız 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli «Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında» sərəncamına əsasən noyabr ayının 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi dövlət rəmzlərinə hörmət və ehtiramın təzahürü, həmçinin dövlətçilik ənənələrinin tarixi varislik üzərində davam etdirilməsinin göstəricisidir.

Üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-dan 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Sovet dövləti suverenliyimizin və milli kimliyimizin rəmzi olan bayrağımızı qadağan etsə də, xalqımız bayraq sevgisini və müstəqillik ideyalarını hər zaman qəlbində yaşatdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının bayrağı olaraq təsdiq edilməsi də bu  sevginin təcəssümüdür. 

Qeyd edək ki, 1990-cı ildə sovet atributlarından imtina edilərək, milli rəmzlərin rəsmən təsdiq olunması böyük cəsarət və qətiyyət tələb edirdi. Bunu isə yalnız Heydər Əliyev kimi nəhəng şəxsiyyətlər edə bilərdilər. Ulu Öndərin bu cəsarətli təşəbbüsü həmin dövrdə respublikamızda müstəqilliyimizin bərpası uğrunda gedən prosesləri yeni mərhələyə yüksəltmişdi. Prezident İlham Əliyev bu barədə deyib: «O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir».

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 

Azərbaycan bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Cümhuriyyətin yadigarı olan bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Dövlət bayrağımızın Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində Dövlət bayrağı meydanı yaradılmışdır. Üçrəncli bayrağımızın vüqarla dalğalandığı bu meydan xalqımızın öz bayrağına olan yüksək ehtiramının nümunəsidir. Dünyanın ən böyük bayrağı hazırda bu meydanda dalğalanır.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezidenti İlham Əliyev demişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Prezident İlham Əliyev  necə demişdisə elə də oldu. Artıq 5-ci ildir Azərbaycan bayrağı işğaldan azad olunmuş ərazilərimizdə əzəmətlə dalğalanır, Vətən müharibəsindəki qələbəmizi dünyaya bəyan edir. 2023-cü ildə Qarabağda erməni separatizminə son qoyulmasından sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Dövlət bayrağımızı Ağdərədə, Xocalıda, Xocavənddə və Xankəndidə ucaltdı. Beləliklə, torpaqlarımızın işğaldan azad olunması və bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpası həm də bayrağımızın zəfəri oldu.

Tarixin sınaqlarından çıxan üçrəngli bayrağımız hər birimizin fəxarət mənbəyidir. Bu bayraq hər zaman güclü, qalib Azərbaycan dövlətinin və xalqının müqəddəs rəmzi kimi vüqarla dalğalanacaq, həmişə zirvələrdə olacaq.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı
Next: Bir daha Zəfərin qürurunu yaşadıq

Related Stories

bir-daha-zəfərin-qururunu-yasadiq
  • Ölkə

Bir daha Zəfərin qürurunu yaşadıq

LIVE PRESS 09/11/2025
konstitusiya-–-suverenliyin-və-insan-huquqlarinin-təminatcisi
  • Ölkə

Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı

LIVE PRESS 09/11/2025
fuzulidə-zəfər-gunu-tədbirləri-atəsfəsanliqla-basa-catib 
  • Ölkə

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

LIVE PRESS 09/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Bir daha Zəfərin qürurunu yaşadıq
  • Suverenliyimizin və milli kimliyimizin rəmzi  
  • Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı
  • Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 
  • İslamiada: Nuray Əbilova üç medala sahibləndi  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Bir daha Zəfərin qürurunu yaşadıq bir-daha-zəfərin-qururunu-yasadiq 1
  • Ölkə

Bir daha Zəfərin qürurunu yaşadıq

09/11/2025
Suverenliyimizin və milli kimliyimizin rəmzi   suverenliyimizin-və-milli-kimliyimizin-rəmzi   2
  • Ölkə

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

09/11/2025
Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı konstitusiya-–-suverenliyin-və-insan-huquqlarinin-təminatcisi 3
  • Ölkə

Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı

09/11/2025
Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb  fuzulidə-zəfər-gunu-tədbirləri-atəsfəsanliqla-basa-catib  4
  • Ölkə

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

09/11/2025
İslamiada: Nuray Əbilova üç medala sahibləndi   islamiada:-nuray-ebilova-uc-medala-sahibləndi   5
  • Ölkə

İslamiada: Nuray Əbilova üç medala sahibləndi  

09/11/2025

Bir daha bax

bir-daha-zəfərin-qururunu-yasadiq
  • Ölkə

Bir daha Zəfərin qürurunu yaşadıq

LIVE PRESS 09/11/2025
suverenliyimizin-və-milli-kimliyimizin-rəmzi  
  • Ölkə

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

LIVE PRESS 09/11/2025
konstitusiya-–-suverenliyin-və-insan-huquqlarinin-təminatcisi
  • Ölkə

Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı

LIVE PRESS 09/11/2025
fuzulidə-zəfər-gunu-tədbirləri-atəsfəsanliqla-basa-catib 
  • Ölkə

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

LIVE PRESS 09/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Bir daha Zəfərin qürurunu yaşadıq
  • Suverenliyimizin və milli kimliyimizin rəmzi  
  • Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı
  • Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 
  • İslamiada: Nuray Əbilova üç medala sahibləndi  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.