Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Səhnənin sönməz ulduzu
  • Ölkə

Səhnənin sönməz ulduzu

LIVE PRESS 24/01/2026 7 minutes read
səhnənin-sonməz-ulduzu

Səhnənin sönməz ulduzu

Hələ nə səhnə vardı, nə də alqışlar. Balaca bir qız öz qayğısız uşaqlıq çağlarını yaşayırdı. Hələ teatra, səhnəyə can atmırdı. Sadəcə, musiqinin sehrinə düşmüşdü. Bir də onun uşaq dünyasına yeni mənalar qatan rəqs etmək istəyi vardı…

Opera sənətinin zirvəsinə aparan yol

Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslindən olan Leyla Vəkilovanın kiçik yaşlarından rəqsə böyük həvəs göstərməsi valideynlərinin diqqətindən yayınmayıb. Səkkiz yaşına çatanda onu Bakı Xoreoqrafiya Məktəbinə aparıblar. Balet sənəti Leyla xanıma ecazkar təsir bağışlayıb. Sonsuz maraqla bu sənətin incəliklərini öyrənib. Müəllim sarıdan bəxti gətirib. Əvvəlcə Ədilə Almaszadədən, son siniflərdə isə Azərbaycanın ilk balerinası, görkəmli balet ustası və pedaqoq, Xalq artisti Qəmər Almaszadədən dərs alıb. Bu böyük sənətkarın məktəbi Leyla Vəkilovanın yaradıcılığına böyük təsir göstərib. Bakı Xoreoqrafiya Məktəbini 1943-cü ildə bitirən Leyla Vəkilova Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasında solist kimi işə başlayıb.

Sonra Leyla ixtisasını təkmilləşdirmək üçün Moskvaya gedib. 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Doğma şəhərinə qayıdan  Leyla Vəkilova Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi fəaliyyətini davam etdirib.

İstedadlı balerinanın səhnədə debütü R.M.Qlierin “Qırmızı lalə” baletində Tao Xoa rolu olub. Bu debüt onun sənət yolunun uğurlu başlanğıcı olub. Sanki xəyallar aləminə düşüb. Tamaşaçıların alqışlarında onun da payı olduğunu düşündükcə həyəcanlanıb, sanki qəlbi köksünə sığmayıb. Tamaşa bitdikdən sonra eşitdiyi təbriklər, təriflər, xoş sözlər onu daha da fərəhləndirib. Sənət müəllimi Qəmər Almaszadə ona sevinclə, iftixarla “Əhsən, sən məndən də irəli gedəcəksən” dedikdə isə Leyla Vəkilovaya elə gəlib ki, ən böyük mükafata layiq görülüb. Bu inam gənc balerinanı zirvələrə səsləyib.

Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində canlandırdığı Gülyanaq rolu da Leyla Vəkilovanın ilk uğurlarından biri olub. Soltan Hacıbəyovun “Gülşən” baletində Gülşən rolunun ifasında göstərdiyi məharət də diqqət və rəğbətlə qarşılanıb. Teatrşünaslar balerinanın istedadını yüksək dəyərləndiriblər.

“Əla rəqqasə, qıvraq, möhkəm… hər şey canlandı, başqa bir aləm yarandı”. Bu sözləri isə onun haqqında görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin quruluşçu rejissoru Pyotr Qusev müsahibəsində balerinanın ifasından danışarkən söyləyib.

İstedadlı balerina müxtəlif illərdə teatrın səhnəsində ayrı-ayrı tamaşalarda bir-birindən maraqlı, fərqli rollarda səhnəyə çıxıb. Onun hər çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Leyla Vəkilova “Qız qalası”, “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Qırmızı lalə”, “Don Kixot”, “Laurensiya”, “Bağçasaray fəvvarəsi”, “Gülşən”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Æizel”, “Qızıl açar”, “Qaraca qız” baletlərində əsas partiyaları uğurla ifa edib.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün iştirakçılarından biri də Leyla Vəkilova olub. O, “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edib. İfası Moskva tamaşaçılarına heyrətamiz təsir bağışlayıb. Azərbaycanlı balerinanın istedadı Moskva mətbuatında qeyd olunub.

“Yeddi gözəl”lə opera səhnəsinə vida…

1962-ci ildə görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti tamaşaya qoyulub. Tamaşada Şirin rolunu Leyla Vəkilova canlandırıb. Şirin də oynadığı digər rollar kimi ona uğur gətirib. Arif Məlikov onun ifası barədə deyib: “Bu surəti yaradaraq Leyla Vəkilova əvvəldən cızılmış xoreoqrafik konstruksiyaya isti nəfəs verə bildi. Vəkilova – Şirin tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Bu surəti yaradan balerina sübut edirdi ki, Şirin – poeziyadır, işıqdır, Şirin – azadlıqdır. Balerina parlaq məharətlə gənc və zərif qəlbli bir qızcığazın həyatını yaşadı. Təcrübəli aktrisanın müstəsna ustalığı nəticəsində dolğun və sönməz bir surət yarandı”.

Onun yaradıcılığında xüsusi yeri olan tamaşalardan biri də “Yeddi gözəl” baleti olub. Bu tamaşa yalnız onun parlaq istedadının təcəssümü ilə yadda qalmayıb. Leyla Vəkilova 1972-ci ildə balerina kimi son dəfə “Yeddi gözəl” tamaşası ilə Opera və Balet Teatrının səhnəsinə çıxıb. O, nə qədər ağır olsa da, sevimli tamaşaçıları və vurğunu olduğu opera səhnəsi ilə vidalaşmalı olub.

Leyla Vəkilova 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. 

O, Polşada, Suriyada, Çexoslovakiyada, Hindistanda, Bolqarıstanda, Fransada, Macarıstanda, İtaliyada, Türkiyədə, Almaniyada, Nepalda, Tiflisdə ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmət, uzunillik səhnə fəaliyyəti yüksək dəyərləndirilib. Leyla Vəkilova 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1958-ci ildə Xalq artisti, 1967-ci ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Bir zamanlar seçdiyi sənətin sirlərini ustad sənətkarlardan öyrənmiş, illər keçdikcə təcrübə qazanmış Leyla Vəkilova böyük həvəslə bildiklərini tələbələrinə öyrədib. 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyən Leyla xanım bacarıqlı pedaqoq kimi tanınıb. O, 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. 1996-cı il sentyabrın 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru olub.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də vəfat edib. Fəxri xiyabanda dəfn olunub. Onun sənət yolu, arzuları yetirmələrinin yaradıcılığında  davam edir.

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək
Next: “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

Related Stories

adini-vətənin-azadliq-tarixinə-yazdi
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

LIVE PRESS 24/01/2026 0
sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

LIVE PRESS 24/01/2026 0
“baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib  
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

LIVE PRESS 24/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
  • Səhnənin sönməz ulduzu
  • ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Adını Vətənin azadlıq tarixinə yazdı adini-vətənin-azadliq-tarixinə-yazdi 1
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

24/01/2026 0
Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi 2
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

24/01/2026 0
“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib   “baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib   3
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

24/01/2026 0
Səhnənin sönməz ulduzu səhnənin-sonməz-ulduzu 4
  • Ölkə

Səhnənin sönməz ulduzu

24/01/2026 0
ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək abs-in-vitse-prezidenti-fevralda-azərbaycana-səfər-edəcək 5
  • Ölkə

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24/01/2026 0

Bir daha bax

adini-vətənin-azadliq-tarixinə-yazdi
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

LIVE PRESS 24/01/2026 0
sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

LIVE PRESS 24/01/2026 0
“baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib  
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

LIVE PRESS 24/01/2026 0
səhnənin-sonməz-ulduzu
  • Ölkə

Səhnənin sönməz ulduzu

LIVE PRESS 24/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
  • Səhnənin sönməz ulduzu
  • ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.