LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, noyabrın 7-də, çərşənbə axşamı günorta saatlarında Krasnodarın 40 Let Pobeda və 1 May küçələrinin kəsişməsində xüsusi maşınların iştirakı ilə ağır qəza baş verib.
Regional polisin məlumatına görə, 62 yaşlı təcili tibbi yardım maşınının sürücüsü işıqforun qırmızı işığı yanarkən sayrışan işıqlarını yandırıb və kəsişmədən sürətlə keçməyə çalışıb. Lakin o, “Hyundai Solaris” markalı minik avtomobilinə yol verməyib.
Toqquşmadan sonra hər iki avtomobil səkiyə atılaraq binaya çırpılıb.
Eyni zamanda bildirilir ki, təcili yardım maşını piyadanı vurub – xəsarət alan 73 yaşlı qadın müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini başa düşür və qəza iştirakçılarının təqsir dərəcəsini müəyyənləşdirirlər .