LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , İrkutskdan olan rusiyalı turist Tailandın Phuket adasında motosikletini yol hasarına vuraraq ölüb.“The Phuket News” portalı yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir .
Polisin məlumatına görə, qəza yanvarın 24-nə keçən gecə baş verib. Motosikletçi adanın mərkəzi hissəsində magistral yolda hərəkətdə olarkən idarəetməni itirərək yol hasarına çırpılıb. Rus Talanq xəstəxanasında dünyasını dəyişib.
Polis onun sürücülük vəsiqəsindən istifadə edərək mərhumun şəxsiyyətini müəyyən edə bilib. Portal yazır ki, rusiyalının vəziyyəti və dəbilqə taxıb- geyinməməsi barədə hələlik məlumat yoxdur.