Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Torpağın dövlət ehtiyacları üçün alınması haqqında.
  • Ölkə

Torpağın dövlət ehtiyacları üçün alınması haqqında.

LIVE PRESS 31/10/2025
torpagin-dovlət-ehtiyaclari-ucun-alinmasi-haqqinda

Torpağın dövlət ehtiyacları üçün alınması haqqında

 

№ 324

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Qusar Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Qusar rayonu Samur Bələdiyyəsi və Qazax rayonu Şıxlı Bələdiyyəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınsın (torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

2.1. alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratsın;

2.2. dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin;

2.3. layihə çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan “Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına maliyyələşdirilməsini təmin etsin;

2.4. alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, “ 30 ” “ oktyabr ” 2025-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Beşiktaş prezidenti Adalı, komanda ilə görüşdü.
Next: Apple, yeni iPhone.

Related Stories

azərbaycan-respublikasi-prezidentinin-2022-ci-il-21-oktyabr-tarixli-1862-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“innovasiya-və-rəqəmsal-inkisaf-agentliyinin-nizamnaməsi”ndə-dəyisiklik-edilməsi-haqqinda
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

LIVE PRESS 01/11/2025
sofiyada-bolqaristan-azərbaycan-biznes-forumu-kecirilib  
  • Ölkə

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  

LIVE PRESS 01/11/2025
heydər-eliyev-mərkəzində-“art-weekend”-festivalinin-rəsmi-acilisi-olub
  • Ölkə

Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub.

LIVE PRESS 01/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
  • Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  
  • Nyu Hampshire Senatı, Səsvermədən sonra.
  • Bitkoinin 4 illik dövrü ölməyib.
  • MEXC, ‘ağ balina’ treyderindən üzr istəyir.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında azərbaycan-respublikasi-prezidentinin-2022-ci-il-21-oktyabr-tarixli-1862-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“innovasiya-və-rəqəmsal-inkisaf-agentliyinin-nizamnaməsi”ndə-dəyisiklik-edilməsi-haqqinda 1
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

01/11/2025
Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib   sofiyada-bolqaristan-azərbaycan-biznes-forumu-kecirilib   2
  • Ölkə

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  

01/11/2025
Nyu Hampshire Senatı, Səsvermədən sonra. new-hampshire-senat-senat,-səsvermədən-sonra-crypto-mədən-deregulyasiya-bill 3
  • Biznes

Nyu Hampshire Senatı, Səsvermədən sonra.

01/11/2025
Bitkoinin 4 illik dövrü ölməyib. bitcoinin-4-illik-dovru-olu-deyil,-70%-acilan-novbəti-endirim:-vc 4
  • Biznes

Bitkoinin 4 illik dövrü ölməyib.

01/11/2025
MEXC, ‘ağ balina’ treyderindən üzr istəyir. mexc-3-milyon-dollardan-yuxari-'ag-balina'-treyderindən-uzr-istəyir 5
  • Biznes

MEXC, ‘ağ balina’ treyderindən üzr istəyir.

01/11/2025

Bir daha bax

azərbaycan-respublikasi-prezidentinin-2022-ci-il-21-oktyabr-tarixli-1862-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“innovasiya-və-rəqəmsal-inkisaf-agentliyinin-nizamnaməsi”ndə-dəyisiklik-edilməsi-haqqinda
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

LIVE PRESS 01/11/2025
sofiyada-bolqaristan-azərbaycan-biznes-forumu-kecirilib  
  • Ölkə

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  

LIVE PRESS 01/11/2025
new-hampshire-senat-senat,-səsvermədən-sonra-crypto-mədən-deregulyasiya-bill
  • Biznes

Nyu Hampshire Senatı, Səsvermədən sonra.

Jurnalist 01/11/2025
bitcoinin-4-illik-dovru-olu-deyil,-70%-acilan-novbəti-endirim:-vc
  • Biznes

Bitkoinin 4 illik dövrü ölməyib.

Jurnalist 01/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
  • Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  
  • Nyu Hampshire Senatı, Səsvermədən sonra.
  • Bitkoinin 4 illik dövrü ölməyib.
  • MEXC, ‘ağ balina’ treyderindən üzr istəyir.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.