“Trabzonspor”un onuaçu həsrəti bitdi
LivePress ntvspor-a istinadən bildirir:
Kasımpaşa matçının hazırlıqları Trabzonsporda davam edib. Məşqdə Afrika Millətlər Kubokundan qayıdan Onuraçu iştirak edib.
Trabzonspor, Trendyol Super Liqasının 19-cu həftəsində 23 Yanvar Cümə günü Kasımpaşa ilə keçirəcəyi matçın hazırlıqlarını davam etdirib.
Mehmet Ali Yılmaz Təsislərində baş məşqçi Fatih Tekkenin rəhbərliyi altında baş tutan məşqdə bordo-mavililər taktika üzərində çalışıb.
Məşqdə Afrika Millətlər Kubokundan qayıdan nigeriyalı hücumçu Pol Onuaçu da iştirak edib.
Qaradənizlilər matçın hazırlığını sabahkı məşqlə tamamlayacaq.