
Tramp: Əfqanıstan Baqram aviabazasını ABŞ-a qaytarmasa, pis şeylər baş verəcək
Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis şeylər baş verəcək. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Birləşmiş Krallığa səfəri zamanı keçirdiyi mətbuat konfransında Tramp ABŞ-ın Baqram aviabazasını qaytarmaq və Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı.