
Tramp: İsrail daha Qətərə zərbə endirməyəcək
“İsrail daha Qətərə zərbə endirməyəcək”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, çoxları bilməsə də Qətər ABŞ-ın çox yaxşı müttəfiqidir.
ABŞ Prezidenti həmçinin İsrailin Qətərə hücum edəcəyi ilə bağlı əvvəlcədən xəbərinin olmadığını bildirib.