Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  
  • Ölkə

Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  

LIVE PRESS 29/01/2026 4 minutes read
turk-ekspert:-davos-ilham-eliyevin-diplomatik-gucunu-bir-daha-aciq-səkildə-ortaya-qoydu  

Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  

Davosda Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş adi diplomatik təmasdan qat-qat artıq məna daşıyır. Bu görüş son illər ərzində Azərbaycanın ardıcıl şəkildə formalaşdırdığı diplomatik gücün və siyasi çəkisinin real təzahürü kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib.

Onun sözlərinə görə, qlobal sistemin yenidən formalaşdığı, ittifaqların sərtləşdiyi və lider diplomatiyasının yenidən ön plana çıxdığı bir mərhələdə Prezident İlham Əliyevin Davos kimi qlobal platformada əsas oyunçularla eyni masada yer alması təsadüfi deyil: “Hazırkı vəziyyət kiminsə xoş niyyətinin nəticəsi deyil. Bu mövqe Qələbədən sonrakı dövrdə yürüdülən səbirli, nəticəyönümlü və strateji xarici siyasətin məntiqi yekunudur”.

Mehmet Emir Aksoy vurğulayıb ki, Prezident İlham Əliyevin Davosdakı təmasları Azərbaycanın artıq yalnız regional aktor deyil, çoxmillətli diplomatik liqada oyun qura bilən dövlətə çevrildiyini göstərir: “Azərbaycan bu mərhələyə mərhələ-mərhələ, öz siyasi iradəsi və strateji qərarları ilə gəlib”.

Ekspertin fikrincə, Azərbaycan–Ermənistan xəttində atılan normallaşma addımları da bu diplomatik düşüncənin real nəticəsidir: “Bu gün neft məhsullarından logistika xətlərinə, ticarət keçidlərindən nəqliyyat dəhlizlərinə qədər formalaşan yeni balans Cənubi Qafqazda sülhün artıq təkcə hərbi yox, iqtisadi və geosiyasi reallıq olduğunu ortaya qoyur”.

Aksoy qeyd edib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və beynəlxalq müstəvidə müxtəlif adlarla səsləndirilən Zəngəzur xətti sadəcə bir yol deyil. Bu xətt bölgəni birləşdirən yox, bölgədə sabitlik yaradan strateji arteriyadır. Məhz bu səbəbdən sözügedən dəhliz beynəlxalq diqqət mərkəzindədir.

Türk ekspert Azərbaycan–Türkiyə sinxronizasiyasının da Davosdakı mənzərənin əsas elementlərindən biri olduğunu xüsusi vurğulayıb: “Ankara ilə Bakı arasında mövcud olan yüksəksəviyyəli siyasi və strateji uyğunluq Azərbaycanın qlobal mövqeyini daha da gücləndirir. Türkiyənin diplomatik çəkisi ilə Azərbaycanın sahədəki qətiyyəti birləşəndə, bu artıq iki ayrı dövlət deyil, ortaq dövlət ağlı və vahid güc məkanı kimi çıxış edir”.

Mehmet Emir Aksoy bildirib ki, Trampın təşəbbüsü ilə formalaşan və xüsusilə Yaxın Şərq mərkəzli qlobal sülh axtarışlarını əhatə edən yeni təşəbbüslərdə Azərbaycanın qurucu aktor kimi dəvət olunması da bu məntiqin davamıdır. Azərbaycan artıq böhranları kənardan izləyən yox, birbaşa həll proseslərinə çağırılan paytaxtdır. Bu dəvət coğrafiyaya görə yox, etibarlılığa, proqnozlaşdırıla bilən siyasətə və diplomatik ardıcıllığa görə edilib.

Ekspertin qənaətinə görə, Davosda ortaya çıxan siyasi mənzərə kifayət qədər aydındır: “Prezident İlham Əliyev Azərbaycanı çoxmillətli diplomatiyanın mərkəzinə yerləşdirməyi bacaran liderdir. Bu mövqe sərt güclə yumşaq gücü balanslaşdıran və qlobal aktorlarla bərabər müstəvidə danışa bilən dövlət idarəçiliyinin nəticəsidir”.

Mehmet Emir Aksoy sonda vurğulayıb ki, bu gün Bakı təkcə Cənubi Qafqazın deyil, qlobal siyasi-iqtisadi proseslərin diqqətlə izlədiyi əsas paytaxtlardan birinə çevrilib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Diplomat: Trans-Xəzər Qaz Boru Kəmərinin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq  
Next: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”

Related Stories

milli-məclisin-novbəti-iclasinin-vaxti-və-gundəliyi-məlum-olub
  • Ölkə

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

LIVE PRESS 29/01/2026 0
boyuk-azərbaycan-sairi-xaqani-sirvaninin-900-illik-yubileyi-qeyd-ediləcək-serencam  
  • Ölkə

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM  

LIVE PRESS 29/01/2026 0
azərbaycanin-və-gurcustanin-daxili-islər-nazirlikləri-arasinda-əməkdasligi-nəzərdə-tutan-sazis-təsdiqlənib-ferman  
  • Ölkə

Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib FƏRMAN  

LIVE PRESS 29/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Almaniya Çindən şikayət edir. Kosmosda “it döyüşü”
  • Portuqaliyanın müdafiə naziri Melodan QIRMIZI Apple üçün təriflər
  • Tədqiqatçılar keçəlliyə çarəni min illik bitkidə tapıblar. Saç kök hüceyrələrinin ölümünün qarşısını alır
  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
  • Sosial mediada yayılan və “həqiqətən nəsə edən” süni intellekt Moltbot nədir? Bu təhlükəsizdir?

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Almaniya Çindən şikayət edir. Kosmosda “it döyüşü” almaniya-cindən-sikayət-edir.-kosmosda-“it-doyusu” 1
  • Texnologiya

Almaniya Çindən şikayət edir. Kosmosda “it döyüşü”

29/01/2026 0
Portuqaliyanın müdafiə naziri Melodan QIRMIZI Apple üçün təriflər portuqaliyanin-mudafiə-naziri-melodan-qirmizi-apple-ucun-təriflər 2
  • Texnologiya

Portuqaliyanın müdafiə naziri Melodan QIRMIZI Apple üçün təriflər

29/01/2026 0
Tədqiqatçılar keçəlliyə çarəni min illik bitkidə tapıblar. Saç kök hüceyrələrinin ölümünün qarşısını alır tədqiqatcilar-kecəlliyə-carəni-min-illik-bitkidə-tapiblar.-sac-kok-huceyrələrinin-olumunun-qarsisini-alir 3
  • Texnologiya

Tədqiqatçılar keçəlliyə çarəni min illik bitkidə tapıblar. Saç kök hüceyrələrinin ölümünün qarşısını alır

29/01/2026 0
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub milli-məclisin-novbəti-iclasinin-vaxti-və-gundəliyi-məlum-olub 4
  • Ölkə

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

29/01/2026 0
Sosial mediada yayılan və “həqiqətən nəsə edən” süni intellekt Moltbot nədir? Bu təhlükəsizdir? sosial-mediada-yayilan-və-“həqiqətən-nəsə-edən”-suni-intellekt-moltbot-nədir?-bu-təhlukəsizdir? 5
  • Texnologiya

Sosial mediada yayılan və “həqiqətən nəsə edən” süni intellekt Moltbot nədir? Bu təhlükəsizdir?

29/01/2026 0

Bir daha bax

almaniya-cindən-sikayət-edir.-kosmosda-“it-doyusu”
  • Texnologiya

Almaniya Çindən şikayət edir. Kosmosda “it döyüşü”

Jurnalist 29/01/2026 0
portuqaliyanin-mudafiə-naziri-melodan-qirmizi-apple-ucun-təriflər
  • Texnologiya

Portuqaliyanın müdafiə naziri Melodan QIRMIZI Apple üçün təriflər

Jurnalist 29/01/2026 0
tədqiqatcilar-kecəlliyə-carəni-min-illik-bitkidə-tapiblar.-sac-kok-huceyrələrinin-olumunun-qarsisini-alir
  • Texnologiya

Tədqiqatçılar keçəlliyə çarəni min illik bitkidə tapıblar. Saç kök hüceyrələrinin ölümünün qarşısını alır

Jurnalist 29/01/2026 0
milli-məclisin-novbəti-iclasinin-vaxti-və-gundəliyi-məlum-olub
  • Ölkə

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

LIVE PRESS 29/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Almaniya Çindən şikayət edir. Kosmosda “it döyüşü”
  • Portuqaliyanın müdafiə naziri Melodan QIRMIZI Apple üçün təriflər
  • Tədqiqatçılar keçəlliyə çarəni min illik bitkidə tapıblar. Saç kök hüceyrələrinin ölümünün qarşısını alır
  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
  • Sosial mediada yayılan və “həqiqətən nəsə edən” süni intellekt Moltbot nədir? Bu təhlükəsizdir?
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.