Təyyarələr bir-birinin ardınca enir, “Qalatasaray”ın yeni transferi İstanbulda
LivePress ntv.com.tr-yə istinadən bildirir:
“Qalatasaray” Noa Lanqın ardından daha bir transferini reallaşdırıb. Sarı-qırmızılıların anlaşdığı Yaser Asprilla İstanbula gəlib.
Həm Avropada, həm də Superliqada mübarizə aparan “Qalatasaray” qış mövsümündə ikinci transferini tamamlayır.
Karyerasını İspaniyada davam etdirən Yaser Asprilla “Qalatasaray”a “Bəli” deyib.
“Sarı-qırmızılar” “Jirona”da çıxış edən cinah yarımmüdafiəçisi Asprillanın transferi üçün də İspaniya komandası ilə anlaşıb. Qeyd olunub ki, 22 yaşlı Asprilla almaq imkanı ilə icarəyə götürüləcək.
Azarkeşlərə MESAJ
İSTANBULA GƏLDİ
İspaniyanın Barselona şəhərindən şəxsi təyyarə ilə Atatürk Hava Limanı Baş Aviasiya Terminalına gələn Asprilla, sarı-qırmızılı rəsmilər və bir qrup azarkeş tərəfindən qarşılanıb.
Çox həyəcanlı olduğunu bildirən Asprilla, “Bu böyük kluba gəldiyim üçün çox xoşbəxtəm. Azarkeşlərlə tanış olmaq da çox xoş oldu. Əminəm ki, birlikdə böyük uğurlar qazanacağıq. Hər iki mövqedə oynaya bilərəm. Önəmli olan komandama və komanda yoldaşlarıma kömək etməkdir”. dedi.
“BİZ JHON DURAN İLƏ UŞAQLIQ DOSTLARIQ”
“Fənərbağça”nın kolumbiyalı futbolçusu Con Duranla uşaqlıq dostu olduğunu bildirən gənc hücumçu “Duranla 9 yaşından dostuq. Çox yaxınıq. Onun nailiyyətləri ilə fəxr edirəm. Əminəm ki, burada da gözəl mübarizə aparacağıq”. dedi.
Sarı-qırmızılı azarkeşləri “üçlü” edən gənc futbolçu daha sonra şəxsi avtomobili ilə onu gözləyən hava limanından çıxıb.
Asprilla bu mövsüm “Jirona”nın heyətində 17 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.
İLK NOA LANG TRANSFERİ
Qalatasaray qış transferində ilk hamləni etdi. Sarı-qırmızılılar Noa Lanqı mövsümün sonuna qədər satın alma opsiyonu ilə icarəyə götürdü.
“Qalatasaray” icarəyə görə futbolçunun klubu “Napoli”yə 2 milyon avro ödəyəcək.
Sarı-qırmızılılar futbolçunun 1 milyon 750 min avro olan yarımmüddətli maaşını tam ödəyəcək.