Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

LIVE PRESS 06/11/2025
uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr 

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun oyunları maraqlı statistik göstəricilər və bir sıra rekordlarla yadda qalıb.

İngiltərə klublarının hegemonluğu

Dörd turun yekununa əsasən, İngiltərə təmsilçiləri ümumilikdə 24 qarşılaşmada 55 xal toplayaraq digər ölkələrin klublarını xeyli qabaqlayıblar. Bu göstəriciyə görə, növbəti yerləri Almaniya (28 xal, 16 oyun), İtaliya (26 xal, 16 oyun) və İspaniya (26 xal, 20 oyun) tuturlar.

“Mançester Siti” dayanmır: Holann tarix yazmaqda davam edir

Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” doğma meydanda “Borussiya”nı 4:1 hesabı ilə məğlub edib. İspaniyalı mütəxəssis ardıcıl 10 oyundur ki, Dortmund təmsilçisinə qarşı məğlub olmur. “Şəhərlilər”in evdəki məğlubiyyətsiz seriyası isə ÇL-in əsas mərhələsində 22 oyuna çatıb.

Komandanın yarımmüdafiəçisi Fil Foden karyerasında ilk dəfə Çempionlar Liqasında dubl edib. Norveçli ulduz Erlinq Holann isə tarixi uğura imza ataraq turnirdə 3 fərqli komanda (“Zalsburq”, “Borussiya”, “Mançester Siti”) ilə ardıcıl 5 matçda qol vuran ilk futbolçu olub. O, eyni zamanda qrup mərhələsinin ilk 4 görüşündə ən çox mövsümdə qol vuran ikinci oyunçu (2019/2020, 2020/2021 və 2024/2025) olub.

Bu mövsüm Holann klub və yığma səviyyəsində keçirdiyi 17 matçda 27 dəfə fərqlənib. Bernardo Silva isə karyerasında 100-cü dəfə ÇL-in oyununa çıxaraq bu göstəriciyə çatan dördüncü portuqaliyalı futbolçu kimi tarixə düşüb.

“Barselona” qol seriyasını uzatdı, amma müdafiə yenə zəif bənd oldu

“Barselona” Belçikada “Brügge” ilə 3:3 hesablı heç-heçə edib. Kataloniyalılar ardıcıl 51-ci oyununda qol vurmaqla tarixində ən uzun belə seriyanı rəsmiləşdirib. Lakin eyni zamanda “Barselona” son 9 matçda qapısından qol buraxaraq 2013-cü ildən bəri ən pis göstəricisini təkrarlayıb.

Brügge təmsilçisi isə 1969-cu ildən sonra ilk dəfə İspaniya klubuna 3 və ya daha çox qol vurub. Gənc hücumçu Karlos Forbs bu matçda həm qol, həm də məhsuldar ötürmə müəllifi olaraq 21 yaş 231 günlük ikən İspaniya nəhənginə qarşı bu nailiyyətə çatan ən gənc futbolçu adına sahib çıxıb.

“İnter”dən tarixi nəticə

“İnter” evdə “Kayrat”a 2:1 hesabı ilə qalib gələrək klub tarixində ilk dəfə ÇL-də mövsümə 4 ardıcıl qələbə ilə başlayıb. Lautaro Martines ardıcıl 3 matçda fərqlənərək Adriano (2004/2005) və Samuel Eto (2010/2011) ilə eyni göstəricini təkrarlayıb. O, hazırda 2025-ci ilin turnirdəki bombardiri (12 qol) kimi öndədir.

“Nyukasl”dan 17 ildən sonra Avropada qələbə seriyası

“Nyukasl” “Atletik”i 2:0 hesabı ilə üstələyərək 2007-ci ildən sonra ilk dəfə avrokuboklarda ardıcıl üç oyunluq qələbə seriyası əldə edib. Ümumilikdə Premyer Liqa klubları bu mövsüm La Liqa təmsilçilərinə qarşı 8 qarşılaşmanın 7-də qalib gəlib.

“Benfika”da böhran dərinləşir: Mourinyo üçün antirekord

“Benfika” “Bayer”ə 0:1 hesabı ilə uduzaraq tarixində üçüncü dəfə ÇL-ə 4 ardıcıl məğlubiyyətlə başlayıb. Komandanın baş məşqçisi Joze Mourinyo üçün bu, turnirdə ardıcıl 6-cı məğlubiyyət olub. Bu, onun karyerasında ən uğursuz seriyası kimi yadda qalıb.

Viktor Osimhen növbəti dəfə “Qalatasaray”ın tarixinə düşdü

“Qalatasaray” səfərdə “Ayaks”ı 3:0 hesabı ilə darmadağın edib. Viktor Osimhen ardıcıl 8-ci avrokubok matçında fərqlənərək Türkiyə klubları tarixində ən uzun qol seriyasına imza atıb. Nigeriyalı hücumçu həm də 2002-ci ildən bəri (Yakubu Ayegbeni) ÇL-də het-trik edən ikinci afrikalı futbolçu olub.

“Pafos”dan möhtəşəm sensasiya: Kiprdə sürpriz nəticə

Kipr təmsilçisi “Pafos” evdə “Vilyarreal”a 1:0 hesabı ilə qalib gələrək ölkə futbolu tarixində Çempionlar Liqası qrup mərhələsində qələbə qazanan üçüncü komanda olub. Maraqlıdır ki, bu, həm də İspaniya klublarının turnir tarixində kiprli rəqiblərə qarşı ilk məğlubiyyətidir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  
Next: VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

Related Stories

akademik-asəf-haciyev:-elmə-ayrilan-vəsait-iqtisadiyyatin-dayaniqli-inkisafini-və-innovasiya-potensialini-gucləndirir  
  • Ölkə

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

LIVE PRESS 06/11/2025
vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib  
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

LIVE PRESS 06/11/2025
eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik  
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

LIVE PRESS 06/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  
  • VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  
  • DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir   akademik-asəf-haciyev:-elmə-ayrilan-vəsait-iqtisadiyyatin-dayaniqli-inkisafini-və-innovasiya-potensialini-gucləndirir   1
  • Ölkə

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

06/11/2025
VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib   vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib   2
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

06/11/2025
UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr  uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr  3
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

06/11/2025
Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik   eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik   4
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

06/11/2025
DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər   din-əməkdaslari-novbəti-agacəkmə-kampaniyasi-keciriblər   5
  • Ölkə

DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  

06/11/2025

Bir daha bax

akademik-asəf-haciyev:-elmə-ayrilan-vəsait-iqtisadiyyatin-dayaniqli-inkisafini-və-innovasiya-potensialini-gucləndirir  
  • Ölkə

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

LIVE PRESS 06/11/2025
vk:-son-10-ayda-2-minə-yaxin-vətəndasa-huquqi-yardim-gostərilib  
  • Ölkə

VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  

LIVE PRESS 06/11/2025
uefa-cempionlar-liqasinda-iv-tur:-rekordlar,-surprizlər-və-tarixi-nəticələr 
  • Ölkə

UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 

LIVE PRESS 06/11/2025
eli-ehmədov:-2026-ci-ilin-dovlət-budcəsinə-nəzər-salarkən-biz-gələn-və-ondan-sonraki-illərə-optimist-baxa-bilirik  
  • Ölkə

Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  

LIVE PRESS 06/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  
  • VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib  
  • UEFA Çempionlar Liqasında IV tur: Rekordlar, sürprizlər və tarixi nəticələr 
  • Əli Əhmədov: 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik  
  • DİN əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.