Viktor Osimhen “Qalatasaray”ın hədəfində olan ulduzları bir-bir açıqladı: “Onları inandırmağa çalışıram”
LivePress ntv.com.tr-yə istinadən bildirir:
“Qalatasaray”ın dünyaca məşhur ulduzu Viktor Osimhen “Atletiko Madrid” matçından sonra diqqətçəkən açıqlamalar verib.
UEFA Çempionlar Liqasının 7-ci həftəsində “Qalatasaray” “Atletiko Madrid”lə qarşılaşıb.
“RAMS Park”da keçirilən görüşdən sarı-qırmızılılar 1:1 hesablı heç-heçə ilə ayrılıb.
“Qalatasaray”ın dünyaca məşhur mərkəz hücumçusu Viktor Osimhen matçdan sonra diqqətçəkən açıqlamalar verib.
Nigeriyalı futbolçunun sözlərini təqdim edirik:
“QALATASARAY İÇİN ÇOX DARIŞIRAM”
“Qalatasaray” üçün çox darıxdım. Güclü rəqibə qarşı darıxdım. Komanda yoldaşlarımı təbrik edirəm, böyük rəqibə qarşı yaxşı iş gördük. Matç 50-50% kimi keçdi. Bəzi yerlərdə matçı başa vurmaq şansımız oldu. Oyunumuzdan razı qaldım”.
“ATLETİKO”ya qarşı OYNADIĞIMIZ KİMİ OYNAMALIQ”
“Mançester Siti dünyanın ən yaxşı komandalarından biridir. Diqqətimizi əvvəlcə liqaya, sonra isə həmin matça yönəldəcəyik. Bu asan olmayacaq, amma komandama güvənirəm. Bundan nəsə çıxara bilərik. “Atletiko”ya qarşı oynadığımız kimi oynamalıyıq”.
“QALATASARAYI DAHA BÖYÜKLƏMƏYƏ ÇALIŞACAQ”
“Komanda yoldaşlarım olmadan heç nəyə nail ola bilmərəm. Komanda yoldaşlarım və mən hər zaman “Qalatasaray”ı daha da böyük etmək üçün çalışacağıq”.
“ONYEDİKA VƏ LOOKMANI razı salmağa çalışıram”
“Onyedika və Lookmanı razı salmağa çalışıram. Onlara “Qalatasaray” və azarkeşlər haqqında danışdım. Onların dünyanın ən böyük klublarından birinə gəlib bizimlə oynamalarını çox istərdim”.