Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.
  • Ölkə

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

LIVE PRESS 18/01/2026 4 minutes read
w

 

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

AZƏRTAC xəbər verir ki, mayın 17-dən 22-dək Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

 

Jurnalistlər üçün qlobal platforma

 

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksəksəviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

• müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksəksəviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;

• canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;

• milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;

• əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;

• innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksəksəviyyəli sessiya təşkil olunacaq.

 

Media nümayəndələrinin akkreditasiyası

 

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Next: “Ölmüsən?” adlı proqram onlayn mağazaları alt-üst etdi.

Related Stories

azərbaycan-prezidenti-“qarabag”-futbol-klubunu-təbrik-edib
  • Ölkə

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

LIVE PRESS 22/01/2026 0
misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi  
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

LIVE PRESS 22/01/2026 0
azərbaycanla-misir-arasinda-dini-sahədə-əlaqələrin-genisləndirilməsi-məsələləri-muzakirə-edilib  
  • Ölkə

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Çempionlar Liqası. “Bavariya” 1/8 finalı təmin edib
  • Viktor Osimhen “Qalatasaray”ın hədəfində olan ulduzları bir-bir açıqladı: “Onları inandırmağa çalışıram”
  • Qalatasaray öz meydanında Atletico Madrid ilə heç-heçə etdi! Son dayanacaq Mançester
  • Unai Emery, Fənərbaxça qarşısında 5 adın mövcud olmayacağını açıqladı
  • “Beşiktaş”dan ayrılması rəsmən açıqlanıb, transfer qiyməti də açıqlanıb.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Çempionlar Liqası. “Bavariya” 1/8 finalı təmin edib cempionlar-liqasi.-“bavariya”-1/8-finali-təmin-edib 1
  • Idman

Çempionlar Liqası. “Bavariya” 1/8 finalı təmin edib

22/01/2026 0
Viktor Osimhen “Qalatasaray”ın hədəfində olan ulduzları bir-bir açıqladı: “Onları inandırmağa çalışıram” viktor-osimhen-“qalatasaray”in-hədəfində-olan-ulduzlari-bir-bir-aciqladi:-“onlari-inandirmaga-calisiram” 2
  • Idman

Viktor Osimhen “Qalatasaray”ın hədəfində olan ulduzları bir-bir açıqladı: “Onları inandırmağa çalışıram”

22/01/2026 0
Qalatasaray öz meydanında Atletico Madrid ilə heç-heçə etdi! Son dayanacaq Mançester qalatasaray-oz-meydaninda-atletico-madrid-ilə-hec-hecə-etdi!-son-dayanacaq-mancester 3
  • Idman

Qalatasaray öz meydanında Atletico Madrid ilə heç-heçə etdi! Son dayanacaq Mançester

22/01/2026 0
Unai Emery, Fənərbaxça qarşısında 5 adın mövcud olmayacağını açıqladı unai-emery,-fənərbaxca-qarsisinda-5-adin-movcud-olmayacagini-aciqladi 4
  • Idman

Unai Emery, Fənərbaxça qarşısında 5 adın mövcud olmayacağını açıqladı

22/01/2026 0
“Beşiktaş”dan ayrılması rəsmən açıqlanıb, transfer qiyməti də açıqlanıb. “besiktas”dan-ayrilmasi-rəsmən-aciqlanib,-transfer-qiyməti-də-aciqlanib. 5
  • Idman

“Beşiktaş”dan ayrılması rəsmən açıqlanıb, transfer qiyməti də açıqlanıb.

22/01/2026 0

Bir daha bax

cempionlar-liqasi.-“bavariya”-1/8-finali-təmin-edib
  • Idman

Çempionlar Liqası. “Bavariya” 1/8 finalı təmin edib

Jurnalist 22/01/2026 0
viktor-osimhen-“qalatasaray”in-hədəfində-olan-ulduzlari-bir-bir-aciqladi:-“onlari-inandirmaga-calisiram”
  • Idman

Viktor Osimhen “Qalatasaray”ın hədəfində olan ulduzları bir-bir açıqladı: “Onları inandırmağa çalışıram”

Jurnalist 22/01/2026 0
qalatasaray-oz-meydaninda-atletico-madrid-ilə-hec-hecə-etdi!-son-dayanacaq-mancester
  • Idman

Qalatasaray öz meydanında Atletico Madrid ilə heç-heçə etdi! Son dayanacaq Mançester

Jurnalist 22/01/2026 0
unai-emery,-fənərbaxca-qarsisinda-5-adin-movcud-olmayacagini-aciqladi
  • Idman

Unai Emery, Fənərbaxça qarşısında 5 adın mövcud olmayacağını açıqladı

Jurnalist 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Çempionlar Liqası. “Bavariya” 1/8 finalı təmin edib
  • Viktor Osimhen “Qalatasaray”ın hədəfində olan ulduzları bir-bir açıqladı: “Onları inandırmağa çalışıram”
  • Qalatasaray öz meydanında Atletico Madrid ilə heç-heçə etdi! Son dayanacaq Mançester
  • Unai Emery, Fənərbaxça qarşısında 5 adın mövcud olmayacağını açıqladı
  • “Beşiktaş”dan ayrılması rəsmən açıqlanıb, transfer qiyməti də açıqlanıb.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.