İlon Maskın sahibi olduğu “X” platforması kripto-fırıldaqçılığa qarşı mübarizə məqsədilə yeni “ölüm açarı” (kill switch) mexanizmini işə salır.
LivePress Media xəbər verir ki, şirkətin məhsul rəhbəri Nikita Bierin açıqlamasına görə, hesabında ilk dəfə kriptovalyuta mövzusunda paylaşım edən istifadəçilərin profilləri avtomatik kilidlənəcək. Bu tədbir oğurlanmış hesablar vasitəsilə saxta tokenlərin reklam edilməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Profil sahibi kimliyini təsdiq etməyənə qədər paylaşım yayımlanmayacaq. Bier bu addımın fırıldaqçıların iqtisadi stimullarını 99% azaldacağını bildirib.