Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 
  • Ölkə

Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 

LIVE PRESS 28/01/2026 7 minutes read
xankəndidə-təhsilin-intibahi:-qarabag-universiteti-regionun-intellektual-mərkəzinə-cevrilir 

Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 


İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri kompleks yanaşma əsasında həyata keçirilir. Bu yanaşma təkcə infrastrukturun yenilənməsini deyil, eyni zamanda, regionun sosial-iqtisadi reinteqrasiyasını, insan kapitalının inkişafını və əhalinin dayanıqlı şəkildə məskunlaşmasını hədəfləyir. Bu prosesdə təhsilin rolu xüsusi əhəmiyyət daşıyır. Təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir standartlara cavab verən ali və orta təhsil müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayır. Beləliklə, azad olunmuş torpaqlara elm və təhsil də qayıdır. Bu prosesin bariz nümunələrindən biri Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetidir.

AZƏRTAC-ın bölgə müxbirinin Qarabağ Universitetindən hazırladığı reportajı təqdim edirik.


Qarabağda təhsil ənənələri bərpa olunur

Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universitetinin əsas məqsədi regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr hazırlığını təmin etmək, eyni zamanda, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrini bərpa etməkdir.

2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev universitetin əsaslı təmirdən sonra açılışında iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Həmin il sentyabrın 23-dən etibarən isə Qarabağ Universiteti 6 fakültə, 27 ixtisas və 1154 tələbə ilə ilk tədris ilinə start verib.

Hazırda universitetdə Pedaqoji, Mühəndislik, Biznes və İqtisadiyyat, İncəsənət, Turizm, Humanitar və sosial elmlər, Tibb və sağlamlıq elmləri fakültələri üzrə 34 ixtisasda kadr hazırlığı həyata keçirilir. Burada auditoriyalar, laboratoriyalar, kitabxana, akt və iclas zalları, idman zalları, yeməkxana və digər inzibati-texniki otaqlar yaradılaraq müəllim və tələbələrin istifadəsinə verilib. Tədris binasının ətrafında salınmış müasir park və yaşıllıq sahələri isə Xankəndinin mərkəzinə yeni görkəm qazandırır. Bundan başqa, universitetin İncəsənət fakültəsinin, Beynəlxalq dil mərkəzinin, Tibb və sağlamlıq elmləri fakültəsinin, Biznes və İqtisadiyyat fakültəsinin binaları Xankəndi şəhərinin mərkəzi məkanlarında yerləşir.


Elçin İbrahimov: “Məqsədimiz Qarabağda Azərbaycan elminin bayrağını dalğalandırmaqdır”

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov bu ali təhsil müəssisəsinin yaradılmasını elm adamları üçün həm qürur, həm də böyük məsuliyyət olduğunu bildirir: “Prezidentimiz qarşımızda bu torpaqların elmlə abadlaşdırılması, burada elmin bərqərar olması, elm şəhərciyinin yaradılması kimi missiya qoyub. Biz də Qarabağ Universiteti olaraq bu çağırışa qoşulduq. Məqsədimiz Qarabağ Universitetində Azərbaycan elminin bayrağını dalğalandırmaq, burada aparılacaq elmi işləri düzgün şəkildə istiqamətləndirmək və regionun həm iqtisadi həyatına, həm də elmi həyatına töhfə verməkdir”.

Qarabağ Universitetinin missiyası ölkənin dayanıqlı sosial, iqtisadi və mədəni inkişafına töhfə verə bilən, beynəlxalq standartlara uyğun keyfiyyətli yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və innovativ həllər təqdim etməklə cəmiyyətə faydalı xidmətlər göstərməkdən ibarətdir. Bu yanaşma Qarabağ Universitetini regionun inkişafında mühüm intellektual mərkəzə çevirir.

Elm şöbəsinin müdiri qısa müddət ərzində universitetdə aktiv elmi mühitin formalaşdığını da vurğulayıb: “Qarabağ Universitetində çalışan elm adamlarının məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması, universitetin əməkdaşlarının beynəlxalq konfranslarda iştirakı, eyni zamanda, Qarabağ Universitetinin beynəlxalq konfranslara, forumlara ev sahibliyi etməsi burada elmi mühitin nə dərəcədə parlaq və aktiv olduğunun göstəricisidir”.


Universitet kitabxanası tədris və elmi tədqiqat prosesinin əsas dayaqlarındandır

Qarabağ Universitetinin mühüm struktur bölmələrindən olan kitabxana tədris və elmi tədqiqat prosesinin əsas dayaqlarındandır. Müasir standartlara uyğun qurulan kitabxana eyni vaxtda 200 tələbənin istifadəsi üçün nəzərdə tutulub. Burada 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyat mövcuddur. Eyni zamanda, tələbələr və müəllimlər “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalanır, elmi məqalələr, tədqiqatlar və digər akademik materiallarla zəngin olan “Scopus”, “Web of Science” kimi nüfuzlu elmi məlumat bazalarına çıxış əldə edirlər.


“Qarabağ Universitetində təhsil almaq qürurvericidir”

Biznes və İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Duyğu Quluzadə ilə elə kitabxanada həmsöhbət olduq. İşğaldan azad olunmuş ərazidə təhsil almağın yaratdığı mənəvi hisslərdən, universitetdə formalaşan müasir təhsil mühitindən və gələcək planlarından danışan Duyğu deyib: “İşğaldan azad olunmuş ərazidə, Qarabağ Universitetində təhsil almaq çox qürurvericidir. Universitetin açılmasını səbirsizliklə gözləyirdim və qəbul olduğum üçün çox sevinirəm. Müəllimlərimizin çoxu xaricdə təhsil alıb, sonra Azərbaycana qayıdaraq burada dərs deyirlər. Universitetin yataqxanasında tələbələrlə qrup işləri həll edir, imtahanlardan əvvəl yığışıb müzakirə aparır, sual-cavab edirik. Boş vaxtımızda ya əylənirik, ya da Xankəndi şəhərini gəzirik. Dərsdən sonra universitetin kitabxanasından da faydalana bilirik. Buradakı kompüterlərdən istifadə edərək dərslərimizi hazırlayırıq. Xankəndinin təmiz havası və müasir kampus mühiti təhsilimizi daha rahat edir. Ali məktəbi bitirdikdən sonra isə elə Xankəndidə qalaraq işləmək istəyirəm”.


Qarabağda bilik və innovasiya mərkəzi

Qarabağ Universiteti Xankəndidə fəaliyyət göstərən ali təhsil müəssisəsi kimi yalnız elmin və biliklərin inkişafına deyil, həm də azad edilmiş ərazilərdə dayanıqlı sosial və intellektual mühitin formalaşmasına xidmət edir. Buradakı müasir təhsil infrastrukturu, laboratoriyalar, kitabxana və auditoriyalar tələbələrin bilik və bacarıqlarının artırılmasına şərait yaradır.

Universitetdə formalaşan elmi və tədris mühiti, müəllim və tələbələrin fəaliyyəti, eləcə də beynəlxalq elmi əlaqələrin qurulması Qarabağda təhsilin və elmin yenidən bərpasının bariz göstəricisidir. Qarabağ Universiteti azad edilmiş torpaqlarda gələcək nəsillərin inkişafına və regionun sosial-iqtisadi həyatına əhəmiyyətli töhfələr verir, Qarabağda elm və təhsilin yeni ünvanı olaraq fəaliyyətini uğurla davam etdirir. Bütün bunlar onu göstərir ki, Qarabağda elm və təhsil yalnız bərpa olunmur – o, həm də gələcəyi işıqlandırır və yeni nəsillərə yol göstərir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Səlcuq İnandan Fənərbaxça sözləri
Next: Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub  

Related Stories

magistraturaya-qəbul-uzrə-sinaq-imtahaninin-nəticələri-aciqlanib 
  • Ölkə

Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb 

LIVE PRESS 28/01/2026 0
bas-prokurorluq:-otən-il-82-milyon-400-min-manatdan-artiq-məbləgdə-əmlak-uzərinə-həbs-qoyulub  
  • Ölkə

Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub  

LIVE PRESS 28/01/2026 0
bakiətrafi-ərazilərdə-yeni-tikiləcək-və-bərpa-olunacaq-dəmiryol-stansiyalarinin-adlari-aciqlanib
  • Ölkə

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

LIVE PRESS 28/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb 
  • Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub  
  • Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 
  • Səlcuq İnandan Fənərbaxça sözləri
  • Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb  magistraturaya-qəbul-uzrə-sinaq-imtahaninin-nəticələri-aciqlanib  1
  • Ölkə

Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb 

28/01/2026 0
Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub   bas-prokurorluq:-otən-il-82-milyon-400-min-manatdan-artiq-məbləgdə-əmlak-uzərinə-həbs-qoyulub   2
  • Ölkə

Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub  

28/01/2026 0
Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir  xankəndidə-təhsilin-intibahi:-qarabag-universiteti-regionun-intellektual-mərkəzinə-cevrilir  3
  • Ölkə

Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 

28/01/2026 0
Səlcuq İnandan Fənərbaxça sözləri səlcuq-inandan-fənərbaxca-sozləri 4
  • Idman

Səlcuq İnandan Fənərbaxça sözləri

28/01/2026 0
Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi? domenico-tedesco-canli-yayimda-izah-etdi:-niyə-con-duran-heyətə-daxil-edilmədi? 5
  • Idman

Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?

28/01/2026 0

Bir daha bax

magistraturaya-qəbul-uzrə-sinaq-imtahaninin-nəticələri-aciqlanib 
  • Ölkə

Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb 

LIVE PRESS 28/01/2026 0
bas-prokurorluq:-otən-il-82-milyon-400-min-manatdan-artiq-məbləgdə-əmlak-uzərinə-həbs-qoyulub  
  • Ölkə

Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub  

LIVE PRESS 28/01/2026 0
xankəndidə-təhsilin-intibahi:-qarabag-universiteti-regionun-intellektual-mərkəzinə-cevrilir 
  • Ölkə

Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 

LIVE PRESS 28/01/2026 0
səlcuq-inandan-fənərbaxca-sozləri
  • Idman

Səlcuq İnandan Fənərbaxça sözləri

Jurnalist 28/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb 
  • Baş Prokurorluq: Ötən il 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub  
  • Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir 
  • Səlcuq İnandan Fənərbaxça sözləri
  • Domenico Tedesco canlı yayımda izah etdi: Niyə Con Duran heyətə daxil edilmədi?
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.