Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Xankəndidə Zəfər təntənəsi
  • Ölkə

Xankəndidə Zəfər təntənəsi

LIVE PRESS 08/11/2025
xankəndidə-zəfər-təntənəsi

Xankəndidə Zəfər təntənəsi

2023-cü ilin bu günü Vətən qibləmiz Şuşada qazandığımız şanlı zəfərin xoşbəxtliyini Xankəndidə keçirilən hərbi paradda yenidən yaşadıq. Həmin ilin 8 noyabr tarixində xalqımızın qürur salnaməsinə daha bir qızıl imzalı gün yazıldı, ay-ulduzlu üçrəngli bayrağımız Xankəndidə hərbi paradda məğrurluqla dalğalandırıldı. Düşmənə gözdağı, dosta sevinc bəxş edilən həmin möhtəşəm tarixdə dünya Qarabağda yaşanan zəfər təntənəsinin tamaşasına durdu.  

8 noyabr 2023-cü ildə tarixi yurdumuzdan ucalan təntənəli qələbə marşının sədaları altında çiyin-çiyinə addımlayan qəhrəman Azərbaycan oğulları başlarını dik tutaraq Xankəndinin Zəfər meydanından Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan xalqını, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin ruhlarını fəxrlə salamladılar…

Bütöv Azərbaycanın xoşbəxtlik nidası

 

Qarabağın xilaskarı İlham Əliyevin Xankəndidə hərbi paradı qəbul etdiyi meydanda isə indiyə qədər həm ağrı-acılı, həm də qürurlu xeyli hadisələr yaşanmışdı. 

Bu o meydan idi ki, 1988-ci ildə erməni şovinistləri separatçı fəaliyyətlərinə məhz buradan başlamış, xalqımıza qarşı çoxsaylı cinayətlərə start vermişdilər. Bu meydana isə bədnam bir ad qoymuşdular. Lakin üzərindən düz 35 il keçdikdən sonra haqq-ədalət yenidən bərqərar edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə məhz həmin meydana Zəfər meydanı adını verməsi İlahi ədalətin bərpası oldu. 

İki il əvvəlin 15 oktyabrında Pənahəli xanın yurdu Xankəndidə qalib sərkərdə İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması “Qarabağ Azərbaycandır!” haqq nidasının dünyaya bir daha bəyanı oldu. “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm… …Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”, – deyə, həmin tarixdə Qarabağın xilaskarı İlham Əliyev Xankəndidən qələbə münasibətilə xalqımızı təbrik etdi. 

Qalib lider vurğuladı ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı ona böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir: “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. 

İlham Əliyevin bu fikirləri həm də 2003-cü ildə Prezident kimi and içdiyi gün üzərinə götürdüyü vəzifəsini yerinə yetirməyin, xalqımıza Bütöv Azərbaycanı bəxş etməyin qürurunu yaşayan ali rəhbərin xoşbəxtlik nidası idi.

Milli yolumuz zəfərlə başa çatdı 

Vətən müharibəsində qazanılan Şuşa zəfəri xalqımıza neçə-neçə milli qələbələr yaşatdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində “Dəmir yumruq” cəmi 23 saata xunta rejimini qarşısında diz çökdürdü. Müzəffər Ali Baş Komandan zirvələr yaraşığı şanlı Azərbaycan bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda dalğalandırdı. Bununla düz 2 əsrdir ki, xalqımızın qanına susayaraq insanlığa sığmayan cinayət əməlləri törədən erməni faşizminin başı əzildi, Qarabağdakı quldur yuvası dağıdıldı.  Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə təqsirli bilinən erməniəsilli şəxslər indi Bakıda ədalət mühakiməsi qarşısında cavab verirlər. 

Ötən ilin martında Xankəndi şəhərində Novruz tonqalını alovlandıran Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər meydanından Vətən qürurunu bölüşərkən uğurla keçirilmiş antiterror əməliyyatının beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğunu söylədi: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Beləliklə, 20 sentyabr 2023-cü ildə suverenliyimizin tam təmini, Konstitusiyamızın bütün ərazilərimizdə hüquqi qüvvəyə minməsi ilə bütöv Azərbaycana uzanan milli yolumuz zəfərlə başa vuruldu. 

Azərbaycan xalqı keçdiyi bu şərəfli yolunda keşməkeşlər yaşasa da, mübarizəsindən bir addım da geri çəkilmədi. “Torpaqdan pay olmaz”, – deyib bu uğurda canını verməkdən belə çəkinmədi. Qələbəyə olan qəti inamımızdan güc alaraq Vətən mübarizəsindən üzüağ, başıuca çıxdıq. 

Paradlar zirvəsi

10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı zamanı dünya Azərbaycanın qüdrətini, gücünü bir daha gördü. 

Prezident İlham Əliyevlə birlikdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər paradındakı çıxışında söylədi ki, Azadlıq meydanında paradlar çox keçirilib, ancaq bu paradın xüsusi önəmi var: “Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Bəli, məhz elə də oldu və Azərbaycan gün keçdikcə daha parlaq qələbələrə imza atdı. 

8 noyabr 2023-cü ildə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın məhz Xankəndidə keçirilməsi rəmzi xarakter daşıyırdı. 

1919-cu ildə Cümhuriyyət qurucuları tərəfindən də Xankəndidə hərbi parad keçirilmişdi. Və 104 il sonra Qarabağın xanzadə şəhəri Xankəndi özünün qürur tarixini yenidən yaşayırdı. 2023-cü ildə tarixi yurdumuz Xankəndidə keçirilən ehtişamlı parad düşmənin canını bir daha lərzəyə saldı, Azərbaycana qələbə qüruru yaşatdı, bu torpaqlar uğrunda şəhid olan vətən övladlarımızın ruhunu şad etdi.

Şanlı Vətən müharibəmizin üçüncü ildönümünə həsr olunmuş Xankəndidəki hərbi paradda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etdilər. 

Təntənəli paradda çıxış edən qalib lider İlham Əliyev bir daha vurğuladı ki, bu günü bizə bəxş edən Müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur: “Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”. 

Müzəffər Ali Baş Komandanın çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi oldu. Silahlı Qüvvələrin parad heyətləri Azərbaycanın Dövlət Bayrağı və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəlilədilər. Ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirildi. Sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinin keçidi oldu. Əlahiddə Ümumqoşun Ordunun parad heyətləri tribuna önündən mətin addımlarla irəlilədilər… 

Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirildi. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olundu.

Bəli, 2020-ci ilə qədər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə çox sayda təntənəli paradlar keçirib, Azərbaycan bayrağının öncüllüyündə addımlayan qəhrəman hərbçilərimizi, nümayiş etdirilən müasir hərbi texnikalarımızı fəxrlə seyr etmişik. Ancaq 10 dekabr 2020-ci ildə Bakıda Azadlıq meydanında, eləcə də 8 noyabr 2023-cü ildə Xankəndinin Zəfər meydanında keçirilən hərbi paradların bir ayrı təmtərağı və qüruru oldu. 

Qarabağın xilaskarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qəhrəman Azərbaycan Ordusunun qazandığı misilsiz qələbələrə həsr olunan bu təntənəli paradlar yenilməz xalqımızın əzminin, gücünün simvolu kimi tarix salnamələrimizə qızıl hərflərlə yazıldı. 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”.
Next: “Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ

Related Stories

prezident-ilham-eliyev:-azərbaycan-hec-vaxt-isgalla-barismaq-fikrində-deyildi 
  • Ölkə

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

LIVE PRESS 08/11/2025
turkiyə-prezidenti-rəcəb-tayyib-erdogan-azərbaycana-səfərə-gəlib  
  • Ölkə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

LIVE PRESS 08/11/2025
prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-ulu-ondər-heydər-eliyevin-məzarini-ziyarət-ediblər  
  • Ölkə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

LIVE PRESS 08/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  
  • Tariximizin ən parlaq səhifəsi
  • “Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi  prezident-ilham-eliyev:-azərbaycan-hec-vaxt-isgalla-barismaq-fikrində-deyildi  1
  • Ölkə

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

08/11/2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib   turkiyə-prezidenti-rəcəb-tayyib-erdogan-azərbaycana-səfərə-gəlib   2
  • Ölkə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

08/11/2025
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər   prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-ulu-ondər-heydər-eliyevin-məzarini-ziyarət-ediblər   3
  • Ölkə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

08/11/2025
Tariximizin ən parlaq səhifəsi tariximizin-ən-parlaq-səhifəsi 4
  • Ölkə

Tariximizin ən parlaq səhifəsi

08/11/2025
“Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ “dəmir-yumrug”un-yaratdigi-esl-realliq 5
  • Ölkə

“Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ

08/11/2025

Bir daha bax

prezident-ilham-eliyev:-azərbaycan-hec-vaxt-isgalla-barismaq-fikrində-deyildi 
  • Ölkə

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

LIVE PRESS 08/11/2025
turkiyə-prezidenti-rəcəb-tayyib-erdogan-azərbaycana-səfərə-gəlib  
  • Ölkə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

LIVE PRESS 08/11/2025
prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-ulu-ondər-heydər-eliyevin-məzarini-ziyarət-ediblər  
  • Ölkə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

LIVE PRESS 08/11/2025
tariximizin-ən-parlaq-səhifəsi
  • Ölkə

Tariximizin ən parlaq səhifəsi

LIVE PRESS 08/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  
  • Tariximizin ən parlaq səhifəsi
  • “Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.