Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Zahid Oruc:”Qadın və kişilər arasında kəskin əmək haqqı fərqləri”.
  • Ölkə

Zahid Oruc:”Qadın və kişilər arasında kəskin əmək haqqı fərqləri”.

LIVE PRESS 27/10/2023
zahid

Millətimizi 8 noyabr Zəfərinə və 15 oktyabr bütövləşməsinə gətirən Vətən müharibəsinin parlaq nəticəlırinin təməlində Azərbaycan ailəsi dayanır. Prezident İlham Əliyevin “mənim dövrümdə yetişən nəsil torpaqları azad etdi” devizini bir daha xatırlayaraq, Azərbaycan ailəsi və uşaqları mövzusunda keçirilən ictimai dinləməni Qələbəmizin davamlılığına töhfə saymaq olar. Xatırlatmaq yerinə düşər ki, Ailə, Qadın və Uşaq məsələləri Dövlət Komitəsinin son illər daha intensivliklə həyata keçirdiyi tədbirlər dövlətimizin və hər bir vətəndaşımızın birgə mənafelərinə xidmət edir və alqışa layiqdir. Elə bu yaxınlarda Ulu öndərin memarı olduğu Gülüstan sarayında Azərbaycan qadınlarının 6-cı qurultayının yüksək səviyyədə keçirilməsi dövlət və millət quruculuğunda qadınların keçdiyi şərəfli yolu bir daha dəyərləndirməyə imkan verdi, xüsusilə də şəhid ana, bacı, həyat yoldaşı kimi müqəddəs adı daşıyan xanımlarımızın qarşısında hər birimizin borcunu xatırlatdı və ailə institutunun qorunmasında onların şərəfli missiyasına, cəmiyyət həyatının bütün sferalarında onların əvəzsiz xidmətlərinə obyektiv qiymət verdi.

Müzakirə etdiyimiz mövzu ilə bağlı Komitə ilə birlikdə 2 il öncə təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı tədqiqat layihəsi istər dövlətin, istərsə də maraqlı tərəflərin qərarqəbuletməsinə və sahə ilə bağlı araşdırmalara mühüm töhfə idi. Xatırladaq ki, 2023-cü ilin İqtisadiyyat sahəsində Nobel mükafatı Harvardda çalışan qadın tədqiqatçıya- Klaudiya Qoldinin qadınlarla bağlı araşdırmalarına görə təqdim edilmişdi. İqtisadiyyat üzrə Nobel Komitəsinin bəyanatında qeyd edilirdi ki, Klaudiya Qoldinə Nobel-“qadınlar və əmək bazarında gender fərqlərinin əsas səbəblərini aşkara çıxardığına görə” verilir.

Elm sahəsində ən ali mükafatın qadın mövzusunda tədqiqata verilməsi sübut edir ki,sözü gedən sahədə qlobal miqyasda problemlər mövcuddur. Mükafat alan Klaudiya Qoldin sitat: “əsrlər boyu qadınların qazancları və işçi qüvvəsi kimi əmək bazarında iştirakının ilk hərtərəfli hesabatını təqdim edə bilib. Onun araşdırması dəyişikliklərin və gender uçurumunun əsas səbəblərini ortaya qoyub. Məlum olur ki, son 100 ildə əmək bazarında qadınların sayı 3 dəfə artsa da, əməyin ödənişi ilə bağlı ciddi gender fərqləri hələ də qalmaqdadır”.

Son 3 əsrdə qadınların əmək bazarındakı tarixi və müasir rolu ilə bağlı hesab edilirdi ki, kişilər və qadınlar arasında gəlir fərqi təhsil və peşə seçimindəki fərqlərlə bağlıdır. Lakin Goldin göstərir ki, bu qazanc fərqinin əsas hissəsi bu gün eyni peşədə olan qadınlar arasında da baş verir və bu əsasən ilk uşağın doğulduğu vaxtdan başlayır.”

Qısa deyilsə, XXI əsrdə də orta hesabla, qadınlar eyni işi görən kişilərdən hələ də az əmək haqqı alırlar. Səbəb kimi- qadınların uşaqlara kişilərdən daha çox vaxt və səy sərf etməsidir. Qadınlar üçün Milli Fəaliyyət Strategiyası təqdim edilib, lakin əmək bazarında ayrı-seçkiliyə qarşı qanun yoxdur. Məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edilməsə də, abortun qadağan edilməsi təşəbbüsləri də qəbul edilmədi.

Təəssüf ki, ölkəmizin qlobal gender bərabərliyi reytinqində yeri yüksək deyil.

Qadın və uşaq mövzusunda dünən mediamızın gündəmini 2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olmasına dair məlumat təşkil edib. Dövlət Statistika Komitəsinin Azərbaycandakı demoqrafik durumla bağlı 2022-ci ilə dair hesabatında belə qeyd edilib. Hesabatda göstərilir ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu. 2022-ci ildə ölkədə baş verən cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxs var. Onlardan 7455-i qadın olub. Yəni, ümumi zərəçəkənlərin üçdə biri qədər. Onlardan da 309-u qadınlar olub. Həyacandoğrucu rəqəmlərdir. Ən çox narahatlıq doğruan hal odur ki, onlardan 24-ü yetkinlik yaşına çatmayıb. Deməli, gələcəyimiz saydığımız bu sayda azyaşlı qızlar qətl qurbanı olub. Valideyn himayəsindən məhrum olan qadınların belə cinayət qurbanı olduğu şübhə doğrumur.

Avropa Şurasının 2014-2017-ci illər üçün Gender Bərabərliyi Strategiyasında beş prioritet sahə müəyyən edilib:

1) gender stereotipləri

2) qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə;

3) qadınların ədalət mühakiməsinə bərabər çıxışının təmin edilməsi;

4) qadınların və kişilərin siyasi və ictimai qərarların qəbulu;

5) bütün siyasətlərdə və tədbirlərdə gender prinsiplərinin nəzərə alınmasına nail olmaq.

Yekunda bir neçə təklifimizi səsləndirmək istərdik.

Təkliflər:

  • Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin.
  • Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir.
  • İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir.
  • Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar.

 

Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri.

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Vaşinqton Kapitals öz meydanında Toronto Maple Leafsa məğlub olub.
Next: Minnesota Edmontonu məğlub etdi.

Related Stories

“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025
azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe 
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

LIVE PRESS 04/11/2025
“art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil  
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
  • Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.
  • Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb   “ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib   1
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

04/11/2025
Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ  azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe  2
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

04/11/2025
“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil   “art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil   3
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

04/11/2025
Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı. prez elm 4
  • Ölkə

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.

04/11/2025
Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub   auditorlar-palatasi-surasinin-iclasinda-auditin-inkisafi-və-səffafligin-artirilmasi-məsələləri-muzakirə-olunub   5
  • Ölkə

Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  

04/11/2025

Bir daha bax

“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025
azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe 
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

LIVE PRESS 04/11/2025
“art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil  
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

LIVE PRESS 04/11/2025
prez elm
  • Ölkə

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.

LIVE PRESS 04/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
  • Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.
  • Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.