Tanınmış risk idarəetmə firması “Chaos Labs”, Aave mərkəzsiz maliyyə protokolu ilə üç illik strateji tərəfdaşlığına son qoyduğunu elan edib.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, firma bu qərarı Aave-nin yeni “V4” arxitekturasının yaratdığı texniki mürəkkəblik və risk prioritetləri üzrə yaranan fundamental fikir ayrılığı ilə əsaslandırıb. Chaos Labs rəhbərliyi qeyd edib ki, artan əməliyyat və hüquqi öhdəliklər fonunda fəaliyyətin davam etdirilməsi artıq iqtisadi cəhətdən səmərəli deyil. Bu gedişat BGD Labs və ACI kimi digər mühüm tərəfdaşların ayrılmasından sonraya təsadüf edir ki, bu da protokolun gələcək idarəetməsi ilə bağlı suallar doğurub. Hazırda Aave icması risklərin monitorinqi üçün yeni alternativ yollar axtarır. Ekspertlər bu addımı DeFi sektorunda xidmət təminatçıları ilə protokollar arasındakı münasibətlərin dəyişməsi kimi qiymətləndirirlər.