“RaveDAO” tokeni 6000%-lik rekord artımdan sonra cəmi iki gün ərzində 95%-dən çox dəyər itirərək 6 milyard dollarlıq bazar kapitalizasiyasını sıfırlayıb.
LivePress Media “The Crypto Times”a istinadən xəbər verir ki, insayderlərin gizli şəkildə kütləvi satış etməsi və ZachXBT-nin ifşaedici hesabatı bu fəlakətli çöküşün əsas səbəbi olub.
Dəyəri 28 dollardan 0.50 dollara qədər geriləyən aktivdə milyonlarla dollarlıq investor vəsaiti buxarlanıb. Komandanın token kilidlərini qanunsuz şəkildə açaraq birjalara köçürməsi “pump-and-dump” iddialarını daha da gücləndirib. Hazırda zərərçəkmiş investorlar hüquqi yollarla vəsaitlərini geri almağa çalışırlar. Mütəxəssislər bu hadisəni kripto bazarının ən qaranlıq manipulyasiyalarından biri kimi qiymətləndirirlər. Sərmayədarların böyük qismi layihə rəhbərliyini cinayət məsuliyyətinə cəlb etməyə çağırır.