“Apollo Global Management”in nəzarətində olan “Yahoo”, 2027-ci ildə müddəti bitəcək 1,6 milyard dollarlıq borcunu ödəmək üçün banklarla danışıqlara başlayıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, şirkət 1,1 milyard dollarlıq leverec kredit və 500 milyon dollarlıq təminatlı istiqraz paketi vasitəsilə maliyyə strukturunu yeniləməyi planlaşdırır. “Royal Bank of Canada”nın rəhbərlik etdiyi bu proses borc öhdəliklərini daha uzun müddətə yaymaq məqsədi daşıyır. Yeni kredit paketinin beş illik müddətə nəzərdə tutulduğu bildirilir. Ekspertlər bu addımı “Yahoo”nun yüksək faiz mühitində maliyyə sabitliyini qorumaq strategiyası kimi qiymətləndirirlər. Hazırda investorların təklif olunan şərtlərə reaksiyası bazar tərəfindən yaxından izlənilir.