ABŞ-ın kripto lobbi qrupları Qiymətli Kağızlar və Birja Komissiyasını (SEC) tokenləşmiş aktivlər üçün “İnnovasiya İstisnası” qaydalarını sürətləndirməyə çağırıb.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, sektor təmsilçiləri SEC sədri Pol Atkinsin vəd etdiyi güzəştlərin gecikməsinin ABŞ-ın qlobal rəqabət gücünə zərər verdiyini bildirirlər. “Project Crypto” çərçivəsində hazırlanan bu qaydalar innovativ firmaların sərt qeydiyyat tələblərindən azad edilməsini nəzərdə tutur. Pol Atkins isə yaxın vaxtlarda həm investorları qoruyan, həm də texnoloji inkişafa şərait yaradan yeni tənzimləmə çərçivəsinin təqdim olunacağını bəyan edib. Lobbistlər xəbərdarlıq edir ki, bürokratik maneələr real dünya aktivlərinin (RWA) blokçeynə keçidini ləngidir. Analitiklər bu addımın ilin sonunadək bazara kütləvi kapital axınına yol açacağını gözləyirlər.