Populyar “Phantom” pulqabısında aprelin 7-də baş verən texniki nasazlıq balansların sıfır görünməsinə və token qiymətlərinin səhv təqdim edilməsinə səbəb olub.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, bu vizual xəta istifadəçilər arasında vəsaitlərin itirilməsi qorxusu yaratsa da, rəsmi açıqlamada bütün aktivlərin təhlükəsizlikdə olduğu bildirilib. Təxminən 3.5 saat davam edən nasazlıq zamanı bir çox investor əməliyyat apara bilmədikləri üçün maliyyə itkisi ilə üzləşdiklərini iddia edərək kompensasiya tələb edib. Şirkət problemin yalnız məlumat yenilənməsi ilə bağlı olduğunu vurğulayaraq pulqabının fəaliyyətini tam bərpa edib. Ekspertlər bu cür halların mərkəzsiz bazarlarda ani panika yarada biləcəyi barədə xəbərdarlıq edirlər.