Pi Network “Protocol 22” yenilənməsini tamamlamaq üçün düyün operatorlarına aprelin 27-nə qədər vaxt verib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, bu yenilənmə şəbəkənin “Açıq Mainnet” mərhələsinə keçidini sürətləndirmək məqsədi daşıyır.
Vaxtında yenilənməyən cihazlar şəbəkədən kənar qalacaq və əməliyyatları təsdiqləyə bilməyəcək. Yeni protokol şəbəkənin ümumi performansını artıracaq və təhlükəsizliyi gücləndirəcək. Layihə rəhbərliyi bütün iştirakçıları texniki keçidə hazır olmağa çağırıb.