Dünyanın ən böyük batareya istehsalçısı CATL-in aprelin 15-də açıqlanacaq hesabatının proqnozları üstələmə ehtimalı, səhmlərin ucuzlaşacağına mərc edən investorlar üçün “short squeeze” (kəskin qiymət artımı) riski yaradıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, analitiklər şirkətin yüksək səmərəlilik göstəricilərinin bazardakı mənfi gözləntiləri alt-üst edəcəyini proqnozlaşdırırlar. Xaricdəki satışlar və enerji saxlama sistemləri üzrə artan bazar payı şirkətin mənfəətini stabil saxlayıb. Bu vəziyyət satıcıları öz mövqelərini təcili bağlamağa məcbur edərək qiymətləri daha da yuxarı çəkə bilər. Ekspertlər gələn həftə bazarda yüksək volatillik gözlənildiyi ilə bağlı investorlara xəbərdarlıq edirlər.