ABŞ-da yanacaq qiymətlərinin kəskin yüksəlməsi fonunda vətəndaşların lombardlara müraciəti əhəmiyyətli dərəcədə artıb.
LivePress Media Financial Postun məlumatına istinadən xəbər verir ki, artan yaşayış xərcləri, xüsusilə benzin qiymətlərindəki sıçrayış ailə büdcələrini sıxaraq amerikalıları qısamüddətli borclara üz tutmağa məcbur edir. Lombard sahibləri müştəri axınının artdığını, lakin hələlik girovların geri götürülməməsi (defolt) hallarında ciddi artım olmadığını bildirirlər. Analitiklər bu tendensiyanı inflyasiyanın aşağı gəlirli təbəqələr üzərindəki ağır təsirinin göstəricisi hesab edirlər. Hazırda bir çox lombard şəbəkəsi artan tələbatı qarşılamaq üçün fəaliyyətini gücləndirir.