Yaponiyanın “Rapidus” yarımkeçirici şirkətinin rəhbəri Atsuyoşi Koike, 2040-cı illərə qədər Ayda çip istehsalı zavodu qurmaq vizyonunu açıqlayıb.
LivePress Media ZNewsun məlumatına istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis Ayın vakuum mühitinin yüksək texnologiyalı litoqrafiya prosesi üçün ideal şərait yaratdığına inanır. Hazırda Yaponiya hökuməti və nəhəng korporasiyaların dəstəyi ilə 2 nanometrlik çiplər üzərində işləyən Rapidus, bu addımla qlobal rəqabətdə öndə olmağı hədəfləyir. Koike bu layihəni gənc mühəndislər üçün böyük bir motivasiya mənbəyi kimi təqdim edir. Bəzi tənqidlərə baxmayaraq, şirkət artıq IBM ilə texnoloji əməkdaşlığı gücləndirərək bu istiqamətdə ilk addımlarını atıb. Məqsəd Yaponiyanın yarımkeçirici sektorundakı itirilmiş mövqeyini kosmik səviyyədə bərpa etməkdir.