Kripto milyarder Castin San, Tramp ailəsinin dəstəklədiyi “World Liberty Financial” (WLFI) layihəsini 70 milyon dollarlıq itkiyə görə sərt tənqid edib.
LivePress Media Crypto Timesın məlumatına istinadən xəbər verir ki, Sanın 75 milyon dollarlıq sərmayəsi hesabının əsassız dondurulması və token qiymətinin düşməsi səbəbindən kəskin dəyər itirib. Layihə rəhbərliyi Sanın cüzdanını “şübhəli əməliyyatlar” bəhanəsi ilə qara siyahıya salaraq 545 milyon tokeni hərəkətsiz qoyub. San bu addımı blokçeyn prinsiplərinə zidd və investor etimadına zərbə kimi qiymətləndirib. Hazırda WLFI tokenləri ilk satış qiymətindən 74%-dən çox ucuzlaşaraq Sanın dondurulmuş aktivlərinin dəyərini minimuma endirib. Bu hadisə Trampın rəqəmsal aktivlər sahəsindəki ən böyük tərəfdaşlıqlarından birində ciddi gərginlik yaradıb.