ABŞ-ın CFTC qurumunun keçmiş sədri Kris Cankarlo “Willkie Farr & Gallagher” hüquq firmasındakı vəzifəsindən ayrıldığını elan edib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, “Kripto Ata” kimi tanınan ekspert bundan sonra bütün diqqətini tam iş günü olmaqla rəqəmsal aktivlər və süni intellekt sahəsinə yönəldəcək. O, fəaliyyətini strateji məsləhətçilik və bu sahədəki ictimai siyasətin formalaşdırılması istiqamətində davam etdirəcək. Altı il ərzində firmanın rəqəmsal aktivlər şöbəsinə rəhbərlik edən Cankarlo, həmçinin oktyabrda yeni kitabını nəşr etdirməyə hazırlaşır. Ekspertlər onun bu gedişini kriptovalyuta sektorunda tənzimləmə və innovasiyaların inteqrasiyası üçün yeni imkan kimi dəyərləndirirlər. Hazırda o, bir neçə texnoloji qurumun idarə heyətində təmsil olunur.