Dünyanın ən böyük stabilkoin emitenti Tether, ehtiyatlarını gücləndirmək üçün daha 70 milyon dollar dəyərində Bitcoin satın alıb.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, bu satınalma ilə şirkətin ümumi balansı 97,141 BTC-yə yüksəlib.
Tetherin bu addımı mənfəətin bir hissəsini mütəmadi olaraq Bitcoinə yönəltmək strategiyasının tərkib hissəsidir. Şirkət hazırda dünyada ən çox kriptovalyuta saxlayan iri özəl qurumlardan biri kimi mövqeyini möhkəmləndirib. Ekspertlər bu gedişin USDT təminatını diversifikasiya etmək və inflyasiya risklərinə qarşı qorumaq məqsədi daşıdığını bildirirlər. Bu investisiya bazarda Bitcoin-ə olan uzunmüddətli etimadın göstəricisi kimi qiymətləndirilir.