“CertiK” təhlükəsizlik şirkətinin məlumatına görə, “Rhea Finance” platforması haker hücumu nəticəsində 7,6 milyon dollar vəsait itirib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, hücum platformanın ağıllı müqavilələrindəki boşluqdan istifadə edilməklə reallaşdırılıb.
Hadisədən sonra “Rhea Finance” əməliyyatları dərhal dayandıraraq oğurlanmış vəsaitlərin izlənilməsi üçün araşdırmalara başlayıb. Ekspertlər bu insidenti DeFi sektorunda təhlükəsizlik auditlərinin vacibliyini göstərən növbəti xəbərdarlıq kimi qiymətləndirirlər. Hazırda platforma istifadəçiləri itkilərin bərpası ilə bağlı rəsmi açıqlama gözləyirlər.