“Ethereum Foundation” layihəsində Şimali Koreya ilə əlaqəli olan və saxta kimliklərlə sistemə sızan 100-ə yaxın mütəxəssis aşkar edilib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, bu şəxslərin blokçeyn infrastrukturuna gizli müdaxilə etmək məqsədi güddükləri bildirilir.
Təhlükəsizlik qrupları şübhəli fəaliyyətləri bloklayaraq layihənin kod bazasını qorumaq üçün təcili tədbirlər görüblər. Mütəxəssislər kiber-hücum risklərinə qarşı bütün rəqəmsal ekosistemi daha diqqətli olmağa çağırırlar. Hazırda insidentlə bağlı beynəlxalq kiber-təhlükəsizlik qurumları ilə əməkdaşlıq davam edir.