“OpenAI” şirkətinin məhsul direktoru Piter Denq və “Sora” layihəsinin rəhbəri Aditya Rameş istefa veriblər.
LivePress Media Bloombergə istinadən xəbər verir ki, bu mühüm kadr dəyişiklikləri süni intellekt nəhənginin daxili strukturunda baş verən yenidənqurma prosesinin tərkib hissəsidir.
Hər iki rəhbər şəxs ChatGPT və DALL-E kimi inqilabi məhsulların inkişafında əsas pay sahibi idilər. Onların gedişi şirkətin strateji layihələrinin gələcəyi ilə bağlı suallar doğursa da, OpenAI komandanın gücləndirilməsi üzərində işlədiyini bildirib. Hazırda bu istefaların bazar rəqabətinə təsiri investorlar tərəfindən yaxından izlənilir.