“Pump.fun” platformasının rəsmi Instagram hesabı hakerlər tərəfindən ələ keçirilib və saxta reklamlar paylaşılıb.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, şirkət sosial media hesabındakı sızmanın platformanın əsas infrastrukturuna və istifadəçi vəsaitlərinə heç bir təsir göstərmədiyini təsdiqləyib.
İdarə heyəti investorları Instagram-dakı şübhəli keçidlərdən uzaq durmağa və yalnız rəsmi veb-saytdakı məlumatlara etibar etməyə çağırıb. Hazırda hesabın bərpası üçün texniki işlər aparılır, platformanın özü isə normal rejimdə işləyir. Ekspertlər bu insidenti kripto layihələrinin sosial media təhlükəsizliyinin nə qədər həssas olduğunun göstəricisi kimi qiymətləndirirlər.