“Coinbase Ventures” 2026-cı ildə investisiyaların cəmləşəcəyi dörd prioriteti – tokenizasiya, peşəkar birjalar, yeni nəsil DeFi və süni intellekti elan edib.
LivePress Media DL Newsa istinadən xəbər verir ki, fond xüsusilə real dünya aktivlərinin blokçeynə köçürülməsini inqilabi addım kimi görür.
“Hər şeyin perpifikasiyası” strategiyası ilə bazarların daha likvid və əlçatan olacağı vəd edilir. Şirkət həmçinin süni intellekt agentlərinin onchain iqtisadiyyatda aparıcı rol oynayacağını proqnozlaşdırır. Analitiklər bu sahələrin yaxın illərdə milyardlarla dollarlıq kapital cəlb edəcəyini vurğulayırlar. Hazırda “Coinbase” bu ekosistemləri quran komandalara dəstəyini artırır.