Polşada kriptovalyuta sektorunu tənzimləyəcək qanun layihəsi prezidentin vetosu ilə yenidən uğursuzluğa düçar olub.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, qərar rəqəmsal aktivlər sahəsində hüquqi boşluqların aradan qaldırılmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Prezidentin qanun layihəsindəki bəzi təhlükəsizlik və məxfilik maddələrinə etiraz etdiyi bildirilir. Bu addım Avropa İttifaqı standartlarına uyğunlaşmağa çalışan yerli kripto ekosistemi üçün mənfi siqnal kimi qiymətləndirilir. Analitiklər hökumətin yaxın aylarda sənədi yenidən hazırlayacağını proqnozlaşdırırlar.